Qurban Yetirmişli: Seysmik mikrorayonlaşdırma işləri bu il başa çata bilər
Bakı, 15 may, AZƏRTAC
Seysmik mikrorayonlaşdırma işləri davam etdirilir. Ola bilər ki, işlər bu il başa çatsın, amma prosesin gələn ilə qalması da mümkündür. Bu, işin həcminin çox olması ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru professor Qurban Yetirmişli deyib.
Baş direktorun sözlərinə görə, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonunda aparılan seysmik mikrorayonlaşdırmanın məqsədi ayrı-ayrı zonaların seysmik aktivliyini müəyyənləşdirməkdir. Bu da layihələndirmədə baza məlumatı üçün vacibdir: "Odur ki, xəritəsiz hansısa bir fəaliyyətin icra edilməsi düzgün deyil. Çünki Azərbaycanda elə ərazilər var ki, seysmik aktivlik 8-9 ballıq qiymətləndirilsə də, həmin yerə daxil olan lokal sahələrdə aktivliyin 9-10 bal olduğu müəyyənləşdirilib".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:32]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [22:29]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]