QUŞ QRİPİ TÜRKİYƏDƏ BÖYÜK HƏYƏCANA SƏBƏB OLMUŞDUR
Artıq paytaxt Ankara və meqapolis İstanbulda bu virusa yoluxmuş insanlar və quşlar aşkar olunmuşdur. Ankaradakı Bəybazarı adlanan yerdə ördəklərdən yoluxmuş 2 uşaq xəstəxanaya göndərilmişdir. İstanbulda 21 nəfərin bu xəstəliyə yoluxduğu güman edilir. Quş qripi Şərgi Anadolu bölgəsindən sonra cənub-şərg bölgəsində də qeydə alınmışdır. Diyarbəkirdə 12 nəfər bu xəstəliyə yoluxma ehtimalı ilə Dəclə Universiteti xəstəxanasına aparılmışdır.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ və Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndələri Van şəhərində xəstəliyə düçar olmuş insanlara baş çəkmişlər. DST-nin təmsilçisi mətbuat konfransında bu təşkilatın guya digər ölkələrin vətəndaşlarını Türkiyəyə səyahətə gəlməmək barədə müraciət yaymasına dair xəbərləri təkzib etmişdir.
Xəstəliyin yayılması ilə əlaqədar bütün şəhərlərdə qaynar telefon xətləri açılmış Kənd Təsərrüfatı Nazirliyi işçilərinin Qurban bayramı ilə bağlı istirahət günləri ləğv olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]
“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]