QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 22-də Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Keşlə, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkaların məqsədi paytaxt əhalisinin bu məhsullara tələbatını daha dolğun ödəmək və qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaqdır.
Hacıqabul quşçuluq fabrikinin işçisi İlqar Nağdaliyev “Təzə bazar” MMC-nin ərazisindəki quşçuluq yarmarkasında hər həftə iştirak etdiyini və bu dəfə gətirdiyi 3 mindən çox yumurtanın 1 ədədini 8 qəpiyə satdığını bildirmişdir.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, həmin gün şəhərin yarmarkalarında satışa 5 ton toyuq əti və 500 minə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir. Alıcılar məhsulların keyfiyyətli, qiymətlərin bazardakından ucuz olduğunu bildirir, yarmarkanın təşkilatçılarına minnətdarlıq edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]