RABİTƏ NAZİRLİYİ: YARIMİLLİK PROQNOZ ARTIQLAMASİ İLƏ YERİNƏ YETİRİLMİŞDİR
Rabitə Nazirliyinin bütün birlik və müəssisələri bu ilin altı ayında proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmişdir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tarif gəlirləri 200,8 milyard manat, əhaliyə göstərilən rabitə xidmətlərindən gələn gəlirin səviyyəsi isə 106,5 milyard manat olmuşdur. Ötən ilin müvafiq dörü ilə müqayisədə tarif gəliri 2,4, o cümlədən əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 3,6 milyard manat çox olmuşdur.Rabitəçilər ödəmələr üzrə proqnozu da artımla yerinə yetirmişlər. Nazirlik üzrə Dövlət büdcəsinə vergilər formasında 49,8 milyard manat vəsait ödənilmişdir ki, bu da nəzərdə tutulduğundan 8,8 milyard manat çoxdur. Dövlət Sosial Müdafiə Fonduna isə 10,7 milyard manat- proqnozlaşdırıldığından 2,5 milyard manat artıq vəsait köçürülmüşdür. İlin altı ayı ərzində həmçinin 44 min 590 nömrə tutumlu olan yeni ATS-lər istifadəyə verilmiş və respublika üzrə elektron ATS-lərin xüsusi çəkisi 44,6 faizə çatdırılmışdır.