RABİTƏÇİLƏR 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 20 Yanvar faciəsinin on beşinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin nurlu xatirəsi ehtiramla yad edilmiş, rabitəçi şəhidlərə həsr olunmuş guşənin önünə əklil qoyulmuş, tər qərənfillər düzülmüşdür.
Nazir Əli Abbasov faciənin baş vermə səbəblərini, mahiyyətini bir daha xatırlatmış, o dövrlərdə bütün xalqımız kimi, rabitəçilərin də sovet imperiyasının təqiblərinə məruz qalmasından danışmış, 20 Yanvarı xalqımızın müstəqillik uğrundakı mücadilə tarixinin ən şanlı səhifəsi kimi qiymətləndirmiş və demişdir ki, suveren və daim inkişaf edən azad Azərbaycan dövlətində yaşamağımız üçün şəhidlərimizə borcluyuq.
Qanlı Yanvar faciəsinin canlı şahidləri olan rabitəçilər o müdhiş gecəni bir daha xatırlatmış, qanları ilə tarix yazmış şəhidlərə Allahdan rəhmət diləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]