Radamel Falkao 16 aylıq həbs cəzasına məhkum edilib
Bakı, 24 may, AZƏRTAC
“Atletiko” klubunun keçmiş hücumçusu Radamel Falkao Madrid məhkəməsi tərəfindən vergidən yayınmaya görə, 16 aylıq həbs cəzasına məhkum edilib.
AZƏRTAC xəbər verir ki, kolumbiyalı Madriddə keçirilən məhkəmədə günahkar olduğunu bildirib.
Radamel Falkaoya 16 ay həbs cəzası və 9 milyon avro cərimə kəsilib. Ancaq Falkao həbsxanada yatmayacaq. İspaniya qanunlarına görə, həbsxanaya yalnız 2 ildən artıq cəzaya məruz qalanlar salınır. Ona görə də, kolumbiyalı futbolçuya yalnız cəriməni ödəmək lazım gələcək.
Falkao 2011-2013-cü illərdə “Atletiko”da çıxış edərkən gəlirlərini gizlədib.
R.Falkao 2011-2013-ci illərdə “Atletiko”un heyətində 91 oyuna çıxıb, 70 qol vurub və 17 məhsuldar ötürmə verib. Həmçinin Avropa Liqasını, Avropa Super Kubokunu və İspan Kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]