Rafael Ağayev: “Rizin” turnirinin Azərbaycanda keçirilməsi çox yaxşı təşəbbüsdür
Bakı, 14 sentyabr, AZƏRTAC
“Rizin” turniri ilk dəfə Azərbaycanda keçiriləcək. Bu, idmançılarımız və azarkeşlərimiz üçün çox yaxşı təşəbbüsdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev noyabrın 4-də Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turnirinə həsr olunmuş mətbuat konfransından sonra deyib.
“Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bildirib ki, Azərbaycanın peşəkar idmançılarının hər biri rəqiblərini dəyərləndirməyi bacarır: “Rəqibə yuxarıdan aşağı baxmaq düzgün deyil. İdmanda hər an sürprizlərlə qarşılaşmaq olar. Bütün iştirakçılara uğurlar arzu edirəm. Ancaq mən öz idmançı dostlarımın yanındayam və onlara son ana qədər dəstək olacağam. İnanıram ki, yaxşı nəticə qazanacaqlar. Hər birinə qələbə arzu edirəm. Bu, bütün Azərbaycanın qalibiyyəti olacaq”.
Qeyd edək ki, “Landmark 7” turniri Milli Gimnastika Arenasında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]