Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səslənməsindən və “Qurani-Kərim”in tilavətindən sonra toplantını giriş sözü ilə açan şeyxülislam Allahşükür Paşazadə QMİ Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazıları – Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlunun namizədliklərinin irəli sürüldüyünü bildirib. Təqdimatlar dinlənilib, namizədlər səsə qoyularaq seçiliblər.

Səsvermədən sonra iclas yenilənmiş tərkibdə işini davam etdirib. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nümayəndəsi çıxış edib. Daha sonra QMİ Qazılar Şurasının mübarək Ramazan ayı ilə bağlı fətvası oxunub.

QMİ sədri, QMİ Qazılar Şurasının sədri şeyxülislam A.Paşazadə çıxışında “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını, o cümlədən ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edib, Allah-taaladan ibadət və duaların qəbul olunmasını diləyib.

O deyib ki, builki Ramazan ayına ölkəmiz və xalqımız Prezident İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində davam edən Zəfər abı-havasında daxil olur. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda dövlət bayrağının dalğalanması, məscid minarələrindən Azan səslərinin ucalması, tarixi ədalətin - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası qalib xalq olaraq bizə qürur və fəxarət bəxş edir.

Şeyxülislam A.Paşazadə bu mübarək günləri xalqımıza yaşatdığı üçün Uca Yaradana həmd-sənalar edib, dövlətimizə, şəxsən Ali Baş Komandanımıza və onun silahdaşı Birinci vitse-prezident Mehriban xanıma sonsuz minnətdarlığımızı bildirib, “Konstitusiya və Suverenlik İli”ndə dövlətimizin zəfər və nailiyyətlərinin daha artıq olmasına Uca Allahdan xeyir-dualar diləyib.

Daha sonra şeyxülislam A.Paşazadə din xadimlərinə tövsiyələrini çatdırıb.

Şeyxülislam A.Paşazadə fevralın 19-20-də Müsəlman Ağsaqqalları Şurasının təşkilatçılığı ilə Bəhreyndə keçirilən İslam-İslam dialoqu tədbiri barədə iclas iştirakçılarını məlumatlandırıb. Şeyxülislam A.Paşazadə Bəhreyn kralının himayəsi ilə baş tutan həmin forumda Azərbaycanın məzhəblərarası anlaşma mühiti barədə etdiyi çıxışının böyük maraqla qarşılandığını vurğulayıb, Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsinin, məzhəblərarası anlaşma mühitinin təqdir olunaraq örnək kimi təqdim edilməsindən qürur duyduğunu din xadimləri ilə bölüşüb.

O əlavə edib: “Bütün dünya, İslam aləmi bizim bu nadir təcrübəni bəyənir, öyrənir, özlərində tətbiq etmək istəyirlər. Bu, Azərbaycan dövlətinin adına böyük uğur və göz bəbəyimiz kimi qorumalı olduğumuz qiymətli nailiyyətdir. Bu əsnada, ölkəmizin şimal hissəsində müstəqilliyimizi gözü götürməyən qüvvələrin multikultural Azərbaycanda etnik zəmində parçalanma, İslam dünyası üçün nümunəvi olan ölkəmizdə dini müstəvidə nifaq təşviq edərək siyasi məqsədlərinə çatmaq yönündə bəzi hərəkətləri ilə bağlı narahatlığımı dilə gətirməyə bilmərəm. Müstəqilliyimizi həzm edə bilməyən, məkrli siyasi məqsədlər naminə din adından sui-istifadə edərək təhdidlər törədən ekstremist hərəkatların, xüsusilə də “Meşə qardaşları” və digər bu kimi mənfur radikal cərəyanların fəallaşmasının qarşısını Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları almaq iqtidarındadırlar. Lakin bəziləri bunu dini ekstremizm kimi qələmə verirlər. Halbuki, sülh, anlaşma, əmin-amanlıq dini olan, bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət sayan İslam dininin adının ekstremizm sözü ilə yanaşı çəkilməsi qəbuledilməzdir. Media subyektləri, siyasi şərhçilər və ekspertlərə din pərdəsi altında təxribat, terror, din adından siyasi məqsədlərlə sui-istifadə, dini zəmində pozucu fəaliyyətlərə dair şərh və fikir mübadilələrində çox ehtiyatlı olmalarını tövsiyə edirik. Müstəqilliyimizin düşmənləri, siyasi güc və hərbi qüdrətimizi ölkə daxilində və xaricində gözü götürməyənlər, o cümlədən revanşizmi alovlandıran erməni kilsəsinin hədəfi ölkəmizdə hökm sürən milli və dini birliyi, siyasi-ictimai sabitliyi pozmaq, dövlətçiliyimiz və suverenliyimiz əleyhinə təxribatlar törətmək, separatizmi təşviq etmək, gənclərimiz arasında zərərli ideologiyalar yaymaq, məzhəblərarası anlaşma mühitinə xələl gətirməkdirsə, hər bir azərbaycanlı bu təhlükənin qarşısının alınmasında əlindən gələni əsirgəməməlidir. Biz din xadimləri bu həssas məsələlərdə xüsusilə ayıq-sayıq olmalıyıq. Hər bir qazı təyin olunduğu bölgədə bu məsələlərə məsuldur. Dindarlarımız bu məsələdə dövlətimizin siyasi mövqeyini və qətiyyətli addımlarını dəstəkləyirlər. Qazılarımız, imamlarımız, səlahiyyətli nümayəndələrimiz dövlətimizin yanındadırlar və bu xəyanətkar niyyət və məkrli təxribatların ifşa olunaraq zərərsizləşdirilməsi yönündə müvafiq dövlət orqanları - hüquq-mühafizə və xüsusi xidmət orqanlarına yardımçı olmalıdırlar. Dünya miqyasında məzhəblərarası anlaşma mühitinə misal olaraq göstərilən Azərbaycanda məzhəb müstəvisində yalançı çaxnaşma yaratmaq oyunu puç olmağa məhkumdur”.

Şeyxülislam A.Paşazadə erməni kilsəsinin həm Eçmiədzin, həm də Livanda yerləşən Kilikiya dini mərkəzlərinin anti-Azərbaycan təbliğatı, revanşizm və böhtan xarakterli “şikayətləri”nin səngimək bilmədiyini və bəzi ermənipərəst dini və siyasi dairələr tərəfindən qızışdırıldığını, xristian təəssübkeşliyi bəhanəsi ilə dünya ictimaiyyətini öz məkrli təxribatlarına dəstək almaq niyyətini güddüyünü xatırladıb.

Bildirib ki, bu anti-Azərbaycan təbliğatında Qərbin bir sıra siyasətçiləri, beynəlxalq və dini təşkilatları, xüsusilə də Ümumdünya Kilsələr Şurası canfəşanlıq göstərir: “Biz dəfələrlə QMİ, Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurası adından dövlət rəhbərlərinə, beynəlxalq təşkilatlara, ələlxüsus Ümumdünya Kilsələr Şurasına bununla əlaqədar müvafiq müraciətlər etmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirməkdəyik”.

Şeyxülislam A.Paşazadə diqqətə çatdırıb ki, ermənilərin saxta iddia və qondarma ittihamlarına qarşı biz Qərbi Azərbaycan İcmasının qanuni hüquqlarının təmin olunması istiqamətində səylərimizi artırırıq: “Deportasiyaya məruz qalmış azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının reallaşması istiqamətində biz din xadimləri iştirak etdiyimiz bütün beynəlxalq platformalarda həqiqətləri bəyan edir, dünya ictimaiyyətini haqq işimizə - Qərbi azərbaycanlıların tarixi məkanlarına qayıdışına dəstək nümayiş etdirməyə çağırırıq. Bundan əlavə, Ermənistan ərazisində müsəlman-Azərbaycan dini-tarixi irsinə qarşı törədilmiş vandalizm aktlarının dünyaya bəyan edilməsi, dağıdılan tarixi məscid və ibadətgahlarımız, viran qoyulan qəbiristanlıqlarımız barədə dünyaya car çəkmək istiqamətində dini mərkəz olaraq səylərimizi dövlətimizin, Qərbi Azərbaycan İcmasının səyləri ilə birləşdiririk. Din xadimlərimiz öz növbələrində moizələrində bu həqiqətləri dindarlara çatdırmalıdırlar. Deportasiya və etnik təmizləmə səbəbindən hazırda Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamır və zamanında fəaliyyət göstərən, qazısı olduğum İrəvan qazılığı da bu səbəbdən fəaliyyətini dayandırmışdı. İnşallah, nəsib olar, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı reallaşar və Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Zəngəzurda nümayəndəliyi, tarixi İrəvan və Üçmüəzzində qazılığı öz fəaliyyətini bərpa edər”.

İclasda Milli Məclisin deputatları Cavanşir Paşazadə və Hikmət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov iştirak ediblər.

Çıxış edən deputat H.Məmmədov və Dövlət Komitəsi sədrinin müavini S.Nağıyev Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə danışıb və Qafqaz Müsəlmanları İdarəsinin dini mərkəz olaraq ölkə daxilində və beynəlxalq platformalarda fəaliyyətini təqdir ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO