Ramazan bayramı ərəfəsində Gəncə şəhidləri yad edilmişlər
Gəncə, 16 avqust (AZƏRTAC). Müqəddəs Ramazan bayramı ərəfəsində Gəncə ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd oğullarımızın məzarlarını ziyarət etmiş, onların ruhuna dualar oxumuşlar.
Bildirilmişdir ki, Dağlıq Qarabağ müharibəsində 525 gəncəli şəhid olmuş, onlardan 367 nəfəri Gəncənin Şəhidlər xiyabanında dəfn edilmişdir. Son bir ildə xiyaban və şəhid məzarları tamamilə yenidən qurulmuş, burada 18 metr hündürlükdə səkkizguşəli monumental abidə ucaldılmışdır. Artıq abidə ətrafında son tamamlama işləri görülür. Ümumiyyətlə, Şəhidlər xiyabanında və abidə kompleksində abadlıq və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.
Məzarlar ziyarət edildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələrinin problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin nümayəndələri çıxış edərək dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş və buna görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]