Azərbaycan Dövlət İnformasiya Agentliyi

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Prezident İlham Əliyev sentyabrın 26-da Olimpiya İdman Kompleksinin qarşısında Sabirabad rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İLHAM ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Mən Olimpiya İdman Komleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Biz üç il bundan əvvəl bu kompleksin təməlini bərabər qoyduq. Bu gün isə bu gözəl binalar tikilib, istifadəyə verilir. Həm üzgüçülük hovuzu, həm idman zalları, həm də açıq meydançalar, mehmanxana - yəni bu ərazidə böyük idman, əyləncə və turizm mərkəzi yaradılıbdır. Çox şadam ki, biz bu gözəl kompleksin açılışını bərabər qeyd edirik. Əminəm ki, bu kompleksdən həm idmançılar, uşaqlar, yeniyetmələr istifadə edəcəklər, həm də yaşlı nəsil istifadə edə bilər. Burada insanların sağlamlığını möhkəmləndirməsi üçün bütün şərait var. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

ZƏMİNƏ ASLANOVA (Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı): Sabirabad bayram içərisindədir, biz bayram edirik. Çoxdan səbirsizliklə gözlədiyimiz əziz Prezidentimiz bu gün bizimlədir. İcazə verin, mən bütün sabirabadlılar adından, şəxsən öz adımdan Sizə öz salamımızı yetirək və deyək ki, əziz Prezidentimiz, rayonumuza xoş gəlib, səfa gətirmisiniz.

İLHAM ƏLİYEV: Sağ olun.

ZƏMİNƏ ASLANOVA: Əziz Prezidentimiz, bu, mənim ürəyimdən gələn sözlərdir. Siz gözəl bir ailədə böyüyüb, tərbiyə almısınız. Ulu öndərimizin ruhu qoy həmişə şad olsun ki, Sizin kimi gözəl işgüzar, bacarıqlı övladını öz xalqına, Azərbaycan xalqına bəxş edib gedibdir. Biz ulu öndərimizə ömür boyu borcluyuq, Allah ona dönə-dönə rəhmət eləsin. Ruhu şad olsun, qəbri nurla dolsun!

Hörmətli Prezidentimiz, Siz həqiqətən son beş ildə respublikamızda misli görünməmiş işlər görmüsünüz. Bunu mən demirəm, bütün xalq deyir və bütün dünya görür. Bizim belə gözəl el məsəlimiz var: Görünən dağa bələdçi lazım deyil. Sizin beş il ərzində respublikamızda gördüyünüz işləri sadalamağa aylarla vaxt lazımdır. Hamısı göz qabağındadır. Respublikamızda görülən işləri bizim Sabirabad rayonunun timsalında Siz öz gözünüzlə görürsünüz. Əziz Prezidentimiz, doğrudan da, Sabirabad son illərdə tikinti meydançasını xatırladır. Rayonda abadlıq, quruculuq işləri çox sürətlə davam edir. Artıq Sabirabad şəhəri Muğanın mərkəzi hesab olunur.

Hörmətli Prezidentimiz, Siz xalqımızın qayğısına qalırsınız. Siz nə qədər insana Prezident təqaüdü verirsiniz. Mən də Prezident təqaüdü alıram, yaxşı dolanıram. Allah canınızı sağ eləsin. O cümlədən əmək haqlarının artırılması, müavinətlərin, pensiyaların artırılması,- bizim əzizimiz, canımız-ciyərimiz, Prezidentimiz,- bunlar hamısı Sizin xalqımıza olan diqqətinizin nəticəsindədir. Sizə cansağlığı arzulayırıq.

Siz Sabirabad rayonunda camaatın içdiyi su ilə də maraqlanırsınız. Mən bunu camaatın adından deməyə bilmərəm. Biz həmişə Kür çayından istifadə etmişik. Düzdür, bulanıq da olsa, bu, çox dadlı, bərəkətli sudur.

Son vaxtlar Sizin tapşırığınız, göstərişiniz əsasında xüsusi qurğular quraşdırılıb və bundan 6 kənddə istifadə olunur. Bu iş sürətlə davam etdirilir.

Hörmətli Prezidentimiz, bunu deməmək olmaz. Mehriban xanım Sizinlə bahəm çalışır. Bu, bizim üçün də, qadınlar üçün də fəxrdir. Mehriban xanım bütün Azərbaycan qadınlarını nəinki respublikamızda, xaricdə də təmsil edir. Biz onunla fəxr edirik. Əziz Prezidentimiz, onun mədəniyyət, maarif, səhiyyə sahəsinin inkişafında xidmətləri heç Sizdən az deyildir. Mən bunu deməyə bilmərəm. İstərdik, bizim salamlarımızı, minnətdarlığımızı ona çatdırasınız.

İLHAM ƏLİYEV: Bu gün Azərbaycanda qadınların qurultayıdır.

ZƏMİNƏ ASLANOVA: Bəli, bilirik. Biz həmişə Sizi televiziya vasitəsilə izləyirik, xarici ölkələrdə olursunuz. İlham müəllim, əzizim, qardaşım, xarici dövlətlərin başçıları ilə görüşürsünüz. Sizin orada duruşunuz, yerişiniz, baxışınız bizdə qürur hissi oyadır. Biz fəxr edirik ki, Azərbaycan xalqının belə gözəl, qabiliyyətli, işgüzar Prezidenti var. Allah Sizə uzun ömür versin.

İlham müəllim, indi həm gözəl aydır, həm də gözəl gündür. Siz axşam iftar süfrəsində idiniz. Hamımız, sabirabadlılar baxırdıq, Siz orada çıxış etdiniz, cansağlığı arzuladınız. Bu gözəl bayram münasibətilə sabirabadlılar adından və şəxsən öz adımdan Sizi təbrik edirəm. Həmişə belə gözəl bayramlarda iştirak edəsiniz.

İlham müəllim, Siz bilirsiniz ki, ulu öndərimiz 14 dəfə Sabirabadda olmuşdur. O, hamını çox istəyirdi, amma Sabirabadı və Sabirabad camaatını lap çox sevirdi. Çox istəməsəydi, bizim rayona 14 dəfə gəlməzdi. Onun gəlişi həmişə rayonumuzda toy-bayrama çevrilirdi. Camaatla görüşür, təsərrüfatlarda olurdu. Rayonumuzda olan bu gözəl abadlıq işləri ondan bizə yadigardır. Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adı, onun medalını mənə o, təqdim etmişdir. Ömrüm boyu ona, onun ruhuna borcluyam. Sizin kimi övlad böyüdüb boya-başa çatdırıb, onun ruhu həmişə şad olacaqdır. İlham müəllim, Siz doğrudan da, həqiqi mənada onun ruhunu şad edirsiniz.

İlham müəllim, Siz respublikamızda çox iş görmüsünüz. Bunları sadalamağa vaxt yoxdur, vaxt azdır. Bizim də rayonumuzda çox işlər görülür. Allah qoysa, Prezidentimiz gələn dəfə gələndə bundan da gözəl tikintilərin, işlərin şahidi olsun, sevinsin. Allah Sizə cansağlığı versin.

İlham müəllim, vaxt az olsa da, bunu da deyəcəyəm. Bəlkə də çox danışdım.

İLHAM ƏLİYEV: Buyurun, buyurun.

ZƏMİNƏ ASLANOVA: Axı, bu görüş həmişə qismət olmur. Bu fürsət əlimizə düşübdür.

İlham müəllim, mən yeni il şənliyində televizora baxırdım. Orada bir oğlandan müsahibə alırdılar. Oğlana sual verdilər ki, Bakı necə şəhərdir. Dedi ki, mən özüm İspaniyadanam, Madriddənəm, biz deyirdik ki, dünyada Madriddən gözəl şəhər yoxdur. Amma indi mən Bakıya baxıram və fikirləşirəm ki, Madrid Bakının yanında heç nədir. Sizin tikdirdiyiniz körpülər, yollar - adam yaxşı mənada dəhşətə gəlir ki, görəsən, bura Bakıdır, görəsən, bu tikintilər, körpülər Bakıdadır.

Hörmətli İlham müəllim, mən İspaniyada olmuşam. O vaxt institutdan bizi xarici ölkələrə aparırdılar. Mən Madridi görəndən sonra deyirdim ki, görəsən, belə gözəl şəhər olarmı, iki və üçmərtəbəli körpülər var. Allah canınıza sağlıq versin, ulu Tanrı həmişə Sizinlə olsun, görün, Siz nələr yaratmısınız. Regionların mərkəzlərinə baxın, inanmırıq ki, bu, Kürdəmirdir, bu, rayon mərkəzidir. O cümlədən biz sabirabadlılar da bununla fəxr edirik.

Allah Sizi yaman gözdən qorusun. Sizə cansağlığı, bu gözəl, məsuliyyətli vəzifənizdə uğurlar arzu edirəm.

İLHAM ƏLİYEV: Çox sağ olun. Xoş sözlərinizə görə təşəkkür edirəm.

Mən də bundan sonra əlimdən gələni edəcəyəm ki, Azərbaycan daha da çiçəklənsin, daha da inkişaf etsin və biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çataq. Bunu etmək üçün bütün imkanlar var. Siz ulu öndər Heydər Əliyevin Sabirabada, sabirabadlılara olan münasibətini qeyd etdiniz. Bu, həqiqətən, belə idi. Mən onun səfərlərini xatırlayıram. Bəzi hallarda məni də özü ilə gətirərdi Sabirabada. Sabirabadın inkişafına onun çox böyük töhfəsi olmuşdur.

Bu gün Sabirabad yeni dövrünü yaşayır. Mən üç il bundan əvvəl gəlmişdim, bu kompleksin təməlinin qoyulmasında iştirak edirdik. Bu üç il ərzində çox böyük dəyişikliklər olub, çox böyük quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər, yeni müəssisələr tikilir, iş yerləri açılır, şəhər abadlaşır. Doğrudan da, abadlıq şəhərə yenidən qayıdır. Necə ki, 1970-ci illərdə Sabirabad çox böyük inkişaf yolu keçmişdi və burada həm sənayenin, həm kənd təsərrüfatının inkişafı, həm də sosial obyektlərin tikintisi geniş vüsət almışdı. İndi yenidən o həyata dönür.

Hamımız yaxşı xatırlayırıq ki, ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra burada işlər yavaş-yavaş tənəzzülə doğru getməyə başladı və nəticədə də Azərbaycan müstəqilliyi əldə edəndə ən ağır vəziyyətdə olan ölkə idi. Həm daxili çəkişmələr, həm böhranlı vəziyyət, iqtisadi böhran, sənaye faktik olaraq dayanmışdı - o günləri hamımız yaxşı xatırlayırıq. Ümumiyyətlə, Azərbaycanın müstəqil yaşaması məsələsi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya biləcək, yoxsa yox - 1990-cı illərin əvvəllərində yaşanmış çətin dövr belə fikirləşməyə böyük əsas verirdi.

Ancaq ulu öndər Heydər Əliyevin siyasəti və onun bu gün davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Siz qeyd etdiniz ki, doğrudan da Bakı indi dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Gələcəkdə Bakının bütün infrastruktur məsələlərinin həlli daha da sürətlə gedəcəkdir. Həm tarixi binalar bərpa olunur, onlar öz ilkin görkəminə qayıdır, həm də şəhər üçün lazım olan bütün yeni infrastruktur obyektləri yaradılır. Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir.

Təkcə Bakıdan söhbət getmir. Beş il bundan əvvəl bəyan etmişdim ki, əsas vəzifəm bölgələrin inkişafıdır. O vaxt seçkiqabağı görüşlərdə demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, söz verirəm ki, növbəti beş il ərzində 600 min iş yeri açılacaqdır. O vaxt bunu bəziləri şüar kimi qəbul etdilər. Bəziləri ümumiyyətlə, şübhə ilə yanaşdılar. Amma mən bilirdim ki, bu mümkündür. Çünkü bilirdim ki, bunu etmək üçün biz gərək ciddi işləyək, konkret proqramlar tərtib edək və onları icra edək. Bu gün, beş ildən sonra Azərbaycanda 700 mindən çox yeni iş yeri açılmışdır. Bütün bölgələrdə canlanma gedir. Kənd təsərrüfatı inkişaf edir, yeni müəssisələr, sənaye obyektləri tikilir, investisiyalar qoyulur. Yəni biz bütün bunları birlikdə etmişik. Bunların hamısının təməlində Heydər Əliyev siyasəti dayanır, bütün bunlar o siyasətin təntənəsidir. Əgər o olmasaydı, əgər Azərbaycanda sabitlik olmasaydı və gözəl ictimai-siyasi vəziyyət olmasaydı, bunları görmək mümkün olmazdı. Heç kim buraya vəsait qoymazdı və yerli sahibkarlar da gedib başqa ölkələrə vəsait qoyacaqdılar.

İndi yerli sahibkarlıq yaranır və möhkəmlənir. Bunun müxtəlif səbəbləri var. İlk növbədə, əlbəttə, liberal iqtisadi islahatlar, Azərbaycanın dünya iqtisadiyyatına qovuşması, digər tərəfdən, dövlət dəstəyi, həm siyasi dəstək, həm də maddi dəstək. Hər il güzəştli şərtlərlə 100 milyon dollar həcmində kreditlər verilir. Kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlər görülür. Güzəştli şərtlərlə gübrə, yanacaq verilir, yollar çəkilir, infrastruktur layihələri və dövlət tərəfindən icra olunan layihələr həyata keçirilir.

İndi Azərbaycanda ən böyük investor Azərbaycan dövlətidir. Əvvəllər biz xarici investisiyalardan asılı idik. Gözləyirdik və cəlb edirdik ki, gəlin Azərbaycana vəsait qoyun. Mən xatırlayıram, ulu öndər Heydər Əliyev bütün xarici səfərlərdə xarici firmalarla, böyük şirkətlərlə görüşlər keçirmişdir və onları inandırırdı ki, gəlin Azərbaycana vəsait qoyun. O vaxt ona nail ola bildi. Halbuki, Azərbaycana vəsait qoymaq o vaxt riskli bir iş idi. Mən də 2004-2005-ci illərdə bütün xarici səfərlərimdə iş adamları ilə, firmalarla görüşürdüm, onları cəlb edirdim. İndi də gəlsələr, əlbəttə ki, şad olarıq. Amma indi o dövr keçdi. İndi bizə öz imkanlarımız şərait yaradır ki, özümüz istənilən sahəyə investisiya qoyaq.

Keçən il ilk dəfədir ki, yerli sərmayələr xarici sərmayələri üstələmişdir. Bu il təkcə dövlət investisiya xərcləri 5 milyard dollardır. Gələn il təxminən 6-7 milyard dollar olacaqdır. Azərbaycan öz imkanlarından istifadə edir. Bu investisiyalar insanları əsas narahat edən məsələlərin həllinə yönəldilir. Yollar, elektrik xətləri, qaz xətləri, su təchizatı. Siz qeyd etdiniz, Sabirabadda artıq modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Təkcə burada deyil, başqa rayonlarda da quraşdırılmışdır. Nə üçün?! İnsanlar təmiz su içsinlər.

Siz tamamilə haqlısınız, Kür suyu çox gözəl sudur. Onun tərkibində insanın sağlamlığı üçün çox yaxşı maddələr var. Ancaq o təmizlənməlidir. İndi biz bu qurğuları gətirməklə, onları quraşdırmaqla bu məsələni həll edirik. Əminəm ki, biz 2009-2010-cu illərdə bu problemlə üzləşən bütün kəndlərdə bu proqramı tam şəkildə icra edəcəyik. İnsanların sağlamlığı və həyatının keyfiyyəti əsas sosial məsələdir.

Sağlamlıq, təhsil, infrastruktur layihələri, iqtisadiyyatın, sənayenin inkişafı - bax, bütün bu paralel proqramlar bir-birini tamamlayır və bizim ölkəmizin uğurlu inkişafını təmin edir. Mən heç şübhə etmirəm ki, biz növbəti illərdə daha da sürətlə inkişaf edəcəyik. Azərbaycanın inkişafı uzunmüddətli olacaqdır.

Biz dörd il bundan əvvəl dünya miqyasında ilk dəfə idi ki, iqtisadi artım baxımından birinci ölkə olduq. Bəziləri fikirləşirdilər ki, bu, təsadüfi xarakter daşıyır. Sonra növbəti ildə də oldu, ondan sonra növbəti ildə də oldu və artıq dörd il ardıcıllıqla, - bu il beş il olacaqdır, - Azərbaycan iqtisadi artım baxımından birinci yerdədir. Sonra bəzi bədxahlar bunu neftlə bağlamağa çalışırdılar, deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Neft başqa ölkələrdə də hasil edilir. Başqa ölkələrdə də neft hasilatı artır. Neftin qiyməti başqa ölkələrin iqtisadi artımına təsir göstərir. Yəni bu, təkcə neft amilindən asılı deyil, köklü iqtisadi islahatlardan, ciddi proqramlardan asılıdır. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankı tərəfindən bu il birnömrəli islahatçı ölkə kimi qiymətləndirildi. Yəni bunun neftlə heç bir əlaqəsi yoxdur. Aparılan ciddi siyasətdir, həm siyasi, həm iqtisadi islahatlar, sosial məsələlərin həllidir.

Gələcək illərdə bütün bu müsbət meyillər güclənəcəkdir. Bölgələrin inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Əlavə kreditlər, investisiyalar olacaq ki, Azərbaycan öz potensialından tam şəkildə istifadə etsin. Kənd təsərrüfatı inkişaf etsin və Azərbaycanda insanlar daha da yaxşı yaşasınlar. Bu, ulu öndər Heydər Əliyevin siyasətidir. Onun bizə vəsiyyətidir, onun qoyduğu yoldur. Biz bu yolla gedirik. Bu, düzgün yoldur, ən düzgün yoldur və bu yolda heç kim bizə nə maneçilik törədə bilər, nə də bizi bu yoldan heç kim döndərə bilməz. Bu yol Azərbaycanı gələcəyə, xoşbəxt gələcəyə aparır.

Biz gözəl Ramazan bayramı ərəfəsindəyik. Bu gözəl bayramı bir neçə gündən sonra qeyd edəcəyik. Bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə bir daha təbrik edirəm. Bütün sabirabadlıları təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Sağ olun.

X X X

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb