“RBK-Ukrayna” Prezident İlham Əliyevin Ermənistan rəhbərliyini sərt tənqid edən fikirlərini yayıb
Kiyev, 21 sentyabr, AZƏRTAC
“RBK-Ukrayna” xəbər portalı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Ermənistanın təcavüzkar siyasəti barədə fikirlərinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, portal dövlətimizin başçımızın Ermənistanın təxribatçı əməllərinə dair səsləndirdiyi bu fikirlərə diqqət çəkir: “Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir”.
Daha sonra vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq üçün təxribatlara əl atmaqda təqsirləndirir.
Materialda Azərbaycan Prezidentinin müsahibəsindəki daha bir mühüm məqam diqqətə çatdırılır: “Ermənistan yeni müharibəyə hazırlaşır. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]