Rəcəb Tayyib Ərdoğan: COVID-19 peyvəndinin hazırlanması istiqamətində işlərimiz davam edir
İstanbul, 27 noyabr, AZƏRTAC
Elmi Şura Türkiyədə COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində lazımi tədbirlər görür. Burada vətəndaşlarımızın məsuliyyəti çox vacibdir. Bəzən qadağalara riayət edilmədiyini görürük. Biz Səhiyyə Nazirliyi tərəfindən alınan tədbirlərə uymağa məcburuq. Peyvəndin hazırlanması istiqamətində işlərimiz davam edir. Bu istiqamətdə Rusiya, Çin və Almaniyada da işlər aparılır. Ölkəyə peyvənd idxalı ilə bağlı Rusiya və Çin ilə danışıqlar davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Varlıq Fondunun toplantısı və “Kanal İstanbul” layihəsi haqqında danışan Türkiyə Prezidenti deyib: “Varlıq Fondunun rəsmi sədri mənəm. Fondu qlobal olaraq çox fərqli bir məkanda yerləşdirmək niyyətindəyik. Qətər əmirinin səfəri zamanı 11 anlaşma imzalandı. Bunların içərisində bəzi firmaların öz paylarını satmaları və ya müxtəlif ölkələrdəki şirkətlərin paylarının satın alınması var. “Kanal İstanbul” layihəsi ilə əlaqədar tələblər də yerli və beynəlxalq səviyyələrdə mütəmadi olaraq artır. Layihə memarlıq və texniki baxımdan hazırdır. Bununla əlaqədar görüşlər Nəqliyyat, Ətraf Mühit və Şəhərsalma nazirlikləri tərəfindən aparılır. Bu layihə ilə İstanbul beynəlxalq səviyyədə çox fərqli bir gücə sahib olacaq”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]