RƏCƏB TAYYİB ƏRDOĞAN RUSİYA VƏ TÜRKİYƏNİN İŞGÜZAR DAİRƏLƏRİNİ QARŞILIQLI SƏRMAYƏ YATIRIMLARINI ARTIRMAĞA ÇAĞIRIR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu təkliflə yanvarın 12-də Moskvada Rusiya-Türkiyə və Türkiyə-Rusiya işgüzar şuralarının ilk birgə iclasında çıxış etmişdir.
O demişdir: “Qarşılıqlı sərmayə yatırmları artırılarsa, yaxın vaxtlarda qarşılıqlı əmtəə dövriyyəsi 15 milyard dollara çatar. İndi Türkiyədə Rusiya kapitalının qoyulması üçün hər cür şərait yaradılmışdır”.
Türkiyə Baş nazirinin fikrincə, “orta və kiçik biznesin qarşılıqlı fəaliyyətini stimullaşdırmaq lazımdır”. O xatırlatmışdır ki, “İraqda birgə işləmək üçün müəyyən perspektivlər var. İraqlı tərəfdaşlar bizə icazə versələr, bərpa işlərinə dərhal başlaya bilərik”.
Rusiya Ticarət-Sənaye Palatasının prezidenti Yevgeni Primakov vurğulamışdır ki, indi iki ölkənin ticarət palatalarının əsas vəzifəsi əmtəə mübadiləsinin strukturunu dəyişdirməkdən ibarətdir. Regionlararası əlaqələri genişləndirmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]