REGİONAL KOALİSİYA TRENİNQ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Qeyri-hökumət təşkilatlarının inkişafı üçün əlverişli hüquqi mühitin yaradılması” layihəsi çərçivəsində keçirilən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi treninqdə qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə qeyri-hökumət təşkilatlarının təsis olunması, onların təşkilati-hüquqi bazası, idarəçiliyi, əsas fəaliyyət istiqamətləri və təşkilatın məsuliyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur. İştirakçılar rəmzi məhkəmə prosesi qurmaqla əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı qazanmışlar.
Sonda seminarın iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]