Rəhman Hacıyev: Komandamızı “Sabah”la çətin oyun gözləyir
Bakı, 28 oktyabr, AZƏRTAC
“Komandamızda hər şey qaydasındadır. “Səbail”ə qarşı oynadığımız son matçda qazandığımız qələbə bizə ruh yüksəkliyi verdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi"nin futbolçusu Rəhman Hacıyev Premyer Liqanın XI turunda "Sabah"a qarşı keçirəcəkləri oyunla bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, komandanı çətin bir matç gözləyir: “Çox yaxşı hazırlaşırıq. Bizim üçün hər oyun vacibdir, çünki itirəcək xalımız yoxdur. Üç xal üçün meydana çıxacağıq. Rəqibin yorğun olması isə bizim üçün heç nəyi dəyişdirmir. Biz sırf öz oyunumuza köklənmişik”.
O, hər üç mövqedə çıxış edə biləcəyini vurğulayıb: "Baş məşqçi harada şans versə, orada ən yaxşısını etməyə çalışıram. Fikrimcə, sağ cinahda daha yaxşı oynayıram. Növbəti qarşılaşmada iştirak etsəm, komandamızın qələbə qazanması üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, oktyabrın 29-da "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 18:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]