Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəhman Mustafayev: Aİ ölkələri Cənubi Qafqazda təhlükəsizliyə qərəzsiz və məsuliyyətli yanaşmalıdır

Paris, 4 aprel, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin geosiyasət üzrə ixtisaslaşmış “revueconflits.com” portalında “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz yenidən qurulmalıdır” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə İran və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq sazişləri, mədəni irsin bərpası və qorunması, köçkünlərin doğma evlərinə qayıdışı, eləcə də region ölkələri üçün mövcud çox saylı çağırışlardan danışılır.

“Müharibədən il yarım sonra Azərbaycan Respublikası tam şəkildə gələcəyə üz tutmaq üçün münaqişənin qaranlıq səhifəsini çevirmək əzmindədir. Azərbaycan Cənubi Qafqazda iqtisadi gücünə görə seçilir və müxtəlif etnik qrupların uzun müddət birgə yaşadığı mədəniyyət mərkəzidir”, - deyə səfir məqalənin əvvəlində vurğulayıb.

Bildirib ki, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən rabitə və nəqliyyat marşrutlarının açılması haqqında Azərbaycan və İran arasında imzalanmış memorandum münaqişədən sonra Cənubi Qafqazda inkişaf və əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Memorandumda uzunluğu 50-55 kilometr olan avtomobil və dəmir yolu kommunikasiyalarının, eləcə də Azərbaycanın Qərb rayonlarını Naxçıvan bölgəsinə birləşdirən rabitə və enerji təchizatı xətlərinin çəkiləcəyi Araz çayı üzərində iki körpünün tikintisindən söhbət gedir. Azərbaycan və İran arasında razılaşma Avropa, Cənubi Qafqaz və Asiya arasında geniş regional əməkdaşlığa yol açan Bakının münaqişədən sonrakı məntiqi strategiyasının ayrılmaz hissəsidir. Bu geniş coğrafi məkanda kommunikasiya kanallarının açılması, malların, xidmətlərin və investisiyaların mübadiləsi Bakının yeni prioritetləridir. Əslində, Azərbaycan müstəqilliyinin 30 ili ərzində onların həyata keçirilməsi üçün çox işlər reallaşdırıb. Xəzər dənizi qazının Avropa bazarlarına ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi 2020-ci ilin sonunda fəaliyyətə başlayıb. Cənubi Qafqazı Mərkəzi Asiya və Çinlə birləşdirən müasir bərə-dəmir yolu infrastrukturu istifadəyə verilib.

Səfir məqalədə qeyd edib ki, geniş və davamlı regional əməkdaşlığın təmini üçün təkcə nəqliyyat infrastrukturu kifayət deyil. Dövlətlər arasında təhlükəsizlik mühiti, etibarlı münasibətlərə və əməkdaşlığa sadiqlik tələb olunur. Bizə suverenliyə, ərazi bütövlüyünə və bir-birinin sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan münasibətlər lazımdır.

İkinci Qarabağ müharibəsindən sonrakı yenidənqurma işlərindən söz açan səfir diqqətə çatdırıb ki, 2020-ci il 10 noyabr tarixli bəyannamənin 4-cü bəndinə uyğun olaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağ regionu ərazisindən çıxarılması regionda təhlükəsizliyin və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının vacib şərtidir. Qeyri-qanuni erməni silahlı qüvvələrin Azərbaycan ərazisində olması qeyd olunan Bəyannamənin kobud şəkildə pozulmasıdır və Xocalı rayonunun kəndləri ətrafında baş verən son hadisələrin aydın şəkildə göstərdiyi kimi, Qarabağ bölgəsində daimi gərginlik mənbəyidir.

Münaqişənin başa çatdığını, Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərin müharibədən sonrakı bərpası, dağıdılmış şəhər və kəndlərin, infrastrukturun və ətraf mühitin bərpası kimi mürəkkəb vəzifələr durduğunu vurğulayan səfir yazıb ki, əsas problem Qarabağın işğaldan azad edilmiş ərazilərinin erməni minalarından təmizlənməsidir. Bu uzun illər çəkəcək. Bu mürəkkəb və genişmiqyaslı proses o zaman qovulmuş 750 min azərbaycanlının dərhal geri qaytarılmasını gecikdirir və çətinləşdirir. Regionlar mülki əhali üçün bilavasitə təhlükə yaradan minalar və müharibənin digər partlayıcı qalıqları ilə doludur. 2020-ci ilin noyabr ayından bəri minlərlə mina və partlamamış hərbi sursat məhv edilib. Minatəmizləmə işləri zamanı 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə dövründə yerləşdirdiyi minalardan həlak olub və ya yaralanıb.

Dağılmış kənd və qəsəbələrin bərpası vaxt və milyardlarla avro investisiya tələb edir. 1988-ci ildə 450 min əhalisi olan 7 şəhər - inzibati mərkəz işğal dövründə tamamilə dağıdılıb. İşğaldan azad edilmiş rayonların yenidən qurulması və davamlı inkişaf işlərinin sürətləndirilməsi məqsədilə iki yeni iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur yaradılıb.

Həmçinin Qarabağda dağılmış infrastrukturu bərpa etmək lazımdır. Artıq bu işə başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə ilk beynəlxalq hava limanı olan Füzuli aeroportu 8 ay ərzində tikilib və artıq ilk uçuşları qəbul edib. Zəngilan və Laçın şəhərlərində daha iki beynəlxalq hava limanı tikilir. Füzulini Şuşa şəhəri ilə birləşdirən 101 kilometrlik avtomobil yolu artıq tamamlanıb. Rayonun inzibati mərkəzlərini - Füzuli, Hadrut, Zəngilan, Bərdə, Ağdam, Laçını birləşdirəcək avtomobil yolları şəbəkəsinin tikintisinin təməli qoyulub. Bütün bu layihələrdə Fransa şirkətləri iştirak edə bilərlər.

Azərbaycanın münaqişədən sonrakı inkişafının humanitar aspektləri də eyni dərəcədə vacibdir. Birinci Qarabağ müharibəsindən (1991-1994) sonra 3890 azərbaycanlı (3171 əsgər və 719 mülki şəxs) hələ də itkindir. Ermənistan tərəfindən azərbaycanlıların əsir götürülməsi və öldürülməsini təsdiq edən çoxsaylı faktların olmasına baxmayaraq, azərbaycanlı girovların taleyi, eləcə də onların qalıqları, kütləvi məzarlıqların yeri barədə məlumatlar hələ də gizlədilir. Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinin və keçmiş münaqişənin bu qaranlıq səhifəsini işıqlandırmaq üçün konkret addımlar atmasının vaxtı çatıb.

Həmçinin 30 illik işğal zamanı Azərbaycanın dağıdılmış mədəni və dini abidələrinin bərpası istiqamətində də böyük işlər görülməlidir. Dağıdılmış və zədələnmiş mədəni sərvətlərin - 927 kitabxana, 44 məbəd, 63 məscid, 473 tarixi abidə, 40 min muzey eksponatının siyahısı hələ də genişlənir. İşğal zamanı Qarabağ bölgəsində Azərbaycan mədəniyyətinin demək olar ki, bütün izləri tamamilə darmadağın edilib.

“UNESCO-nun texniki missiyası bu zərəri qiymətləndirmək üçün çoxdan Azərbaycana getməli idi. Ermənistanda da Azərbaycan mədəniyyəti abidələrinin qorunub saxlanmasını təmin etmək eyni dərəcədə vacibdir. Bununla əlaqədar olaraq, Fransa və Azərbaycan prezidentləri, Avropa İttifaqı rəsmiləri ilə Ermənistanın baş naziri arasında bu yaxınlarda videokonfrans vasitəsilə keçirilən görüşdə UNESCO-nun Ermənistana missiyasının göndərilməsi barədə razılıq əldə olunub və ümid edirik ki, əldə olunan bu razılaşma da həyata keçiriləcək”, - deyə səfir bildirib.

Səfir vurğulayıb ki, münaqişədən sonrakı inkişafın mühüm aspektlərindən biri də Qarabağın azərbaycanlı və erməni əhalisinin barışığıdır. Ölkənin bütün vətəndaşları üçün bərabər hüquq və öhdəliklər prinsipi əsasında erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və mədəni məkanına inteqrasiyasını təmin etmək vacibdir. Bu kontekstdə xatırladıb ki, Ermənistan-Azərbaycan münaqişəsinə qədər Azərbaycandakı erməni icması cəmiyyətimizdə yaxşı inteqrasiya olunmuş, iqtisadiyyat, mədəniyyət və elm sahələrində mühüm vəzifələrdə çalışmışdır. Azərbaycanda erməni dilində qəzet və jurnallar dərc olunub, radio və televiziya yayımlanıb. Mükəmməl qorunan erməni kilsəsi indi Azərbaycan paytaxtının mərkəzində yerləşir.

Xankəndində erməni teatrı var idi və tədris əsasən erməni və rus dillərində aparılırdı. Haqqında heç kimin danışmadığı və 1987-ci ilin sonunda Ermənistanda etnik təmizlənməyə məruz qalmış 250 min azərbaycanlının orada heç vaxt belə imkanı olmayıb.

“Beynəlxalq ictimaiyyətin mövqeyi regionun münaqişədən sonrakı inkişafında, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mühüm rol oynayır. Yəni, regional və Avropa İttifaqı aktorları dövlətlərarası münasibətlərin əsas prinsiplərinə ciddi riayət etməli, müharibədən sonrakı yenidənqurma layihələrində fəallıq göstərməli, erməni və Azərbaycan xalqları arasında etimadı dəstəkləməli, Cənubi Qafqazda təhlükəsizlik və inkişafa qərəzsiz, məsuliyyətli yanaşmalıdırlar. Aİ-nin liderlərindən olan Fransa və onun şirkətləri bütün bu proseslərdə aparıcı rol oynaya bilərlər. Ukrayna böhranı və onun yaratdığı enerji problemləri ölkələrimizə ikitərəfli münasibətlərin keçmişdə əldə etdiyi yaxınlığı bərpa etməyə imkan verib. Prezidentlərimiz müntəzəm olaraq bir-biri ilə danışır, bir-birini mükəmməl başa düşürlər və aprelin əvvəlində Bakıda MEDEF-in nümayəndə heyəti qarşılanacaq. Üfüqdə yeni təhlükələr, həm də yeni imkanlar görünür. Cənubi Qafqazda ədalətli şəkildə və ayrı-seçkilik etmədən bütün sakinlər üçün firavanlıq yaratmağın vaxtıdır”, - deyə səfir qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava