REJİSSORUN YENİ FİLMİNDƏ CƏFƏR XƏNDANIN ÖMÜR YOLUNDAN BƏHS OLUNACAQDIR
Tanınmış rejissor, Muğam Teatrının direktoru Arif Qazıyev daha bir sənədli filmin çəkilişinə hazırlaşır. Rejissorun yeni ekran əsərində Azərbaycanın tanınmış ədəbiyyatşünası, tənqidçi, professor Cəfər Xəndanın həyat yolundan bəhs olunacaqdır.
Bir saatlıq filmin ssenari müəllifi jurnalist Rəfiqə Budaqovadır. Film “Azərbaycantelefilm” yaradıcılıq birliyində istehsal olunacaqdır. Rejissorun dediyinə görə, arxiv materiallarından istifadə olunacaq bu lentdə Cəfər Xəndanın övladlarının, həmkarlarının da ədəbiyyatşünas haqqındakı fikirlərinə yer veriləcəkdir.
Çəkilişlər Bakıda aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]