Rəşad Nəbiyev: Ermənistan artıq başa düşür ki, firavanlığın yolu səmərəli əməkdaşlıqdan keçir
Tbilisi, 26 oktyabr, AZƏRTAC
Ermənistan artıq başa düşür ki, firavanlığın yolu səmərəli əməkdaşlıqdan keçir və bu çox yaxşı haldır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunun Orta Dəhlizə həsr edilmiş panel müzakirəsində söyləyib.
Nazir moderatorun “Ermənistan və Azərbaycan arasında davam edən gərginlik Orta Dəhliz layihəsini reysdən çıxarmaq riski yaratmır ki?” sualına cavabında deyib: “Azərbaycan əməkdaşlığın doğurduğu qarşılıqlı asılılıqdan heç vaxt narahat olmayıb. Əməkdaşlıq varsa müəyyən səviyyədə qarşılıqlı asılılıq var. Cahil yanaşma budur ki, sən hamıdan azad olduğunu düşünürsən. Əməkdaşlıq etdiyin zaman anlayırsan ki, qarşılıqlı asılılıq sabitlik, sabitlik isə nəhayətində firavanlıq gətirir”.
R.Nəbiyevin sözlərinə görə, Ermənistanın 4 qonşusundan ikisi ilə əlaqəsi var. Bu isə o deməkdir ki, o, əlaqələrinin heç 50 faizinə də malik deyil. Azərbaycanın isə 5 qonşusundan yalnız biri ilə heç bir əlaqəsi yoxdur ki, bu da 20 faiz təşkil edir.
“Bu yaxşı haldır ki, Ermənistanda anlamağa başlayıblar ki, firavanlığın yolu əməkdaşlıq, stabillik formulundan keçir”, - deyə R.Nəbiyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]