Rəşad Sadıqov: “Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılacağını daha əvvəl bilsəydik, yaxşı olardı
Bakı, 20 iyun, AZƏRTAC
“Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılacağını daha əvvəl bilsəydik, yaxşı olardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis bildirib ki, hazırkı vəziyyətdə “Sumqayıt” və “Araz-Naxçıvan” komandalarının da etiraz etmək üçün əsasları var: “Əgər onlar bunu əvvəlcədən bilsəydilər, avrokuboklar uğrunda mübarizədən bu qədər tez kənarda qalmazdılar”.
Baş məşqçi qeyd edib ki, məsələnin müzakirəsi zamanı Konfrans Liqasından imtina variantı da nəzərdən keçirilib: “Hətta rəhbərliklə söhbətlərimizdə bu ehtimalı dəyərləndirdik. Ancaq belə bir addım atılsaydı, “Zirə” də cəzalandırıla bilərdi. Bu səbəbdən digər klubları günahlandırmaq düzgün deyil”.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Azər İbrahimov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]