RESPUBLİKA BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNDƏ ÖTƏN İLİN YEKUNLARINA DAİR MÜZAKİRƏ APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2004-cü ildə hərəkətin təhlükəsizliyinin təmin olunması və ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər müzakirə edilmişdir.
İdarə rəisi, polis general-mayoru Ramiz Zeynalov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətini təhlil etmişdir. Natiq yol polisi əməkdaşlarının ixtisaslarının artırılması, vətəndaşlar arasında aparılan təbliğat işi, maddi-texniki bazanın möhkəmləndirilməsi, Bakıda tıxacların aradan qaldırılması üçün görülən işlər və s. haqqında məlumat vermişdir.
Müzakirələrdə vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşıldığı, 35 əməkdaşın intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən bir nəfərin daxili işlər orqanlarından xaric olunduğu açıqlanmış, 170 nəfərin ölümü və 220 nəfərin yaralanması ilə nəticələnən 79 ən ağır yol nəqliyyat hadisəsi və digər xarakterik göstəricilər təhlil edilmişdir.
Yığıncaqda daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]