RESPUBLİKA GÜNÜ QAXDA DA GENİŞ QEYD OLUNMUŞDUR
Sonra bayram tədbiri rayon mədəniyyət evində davam etdirilmişdir. Mədəniyyət evinin foyesində Respublika günü münasibətilə keçirilən “Xalq sənəti nьmunələri” baxış-müsabiqəsi iştirakçılarının əl işlərindən ibarət sərgi tamaşaçılarda böyük maraq doğurmuşdur.
Əlamətdar gün mьnasibətilə keçirilən toplantıda çıxış edən natiqlər müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışmış, onun ideya və arzularının bu gün reallığa çevrilməsini böyük iftixar hissi ilə qeyd etmişlər.
Sonra beynəlxalq və respublika miqyaslı yarışlarda fərqlənən bir qrup idmançıya, habelə “Xalq sənəti nümunələri” sərgi baxış-müsabiqənin qaliblərinə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Bayram tədbiri bədii-özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]