RESPUBLİKA MÜSABİQƏSİNİN YEKUN TURU ASTARADA KEÇİRİLƏCƏK
Xatırladaq ki, 1-ci müsabiqəyə də Astarada yekun vurulmuşdu. Ölkəmizin 50 rayonundan 140 gənc muğam ifaçısının iştirak etdiyi həmin müsabiqənin 6 qalibindən ikisi astaralı idi. Rayon mədəniyyət şöbəsinin müdiri Natiq İbadov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mədəni sərvətlərimizi qoruyub saxlamaq və inkişaf etdirmək, muğam sənətinə, xalq mahnıları və təsniflərə marağı artırmaq, yeni istedadlar aşkara çıxarmaq məqsədilə keçirilən 2-ci respublika müsabiqəsinin budəfəki yekun turunda Astarada keçirilməsi kollektivimizə göstərilən etimadın nəticəsidir. Etimadı doğrultmağa çalışacağıq.