Rəssamlara dəstək məqsədilə təşkil edilən satış yarmarkasına yekun vurulub
Bakı, 29 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən "Bravo" hipermarketdə “AXIN” rəssamlara dəstək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı təşkil olunub.
Yarmarkada, həmçinin müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) təşkil edilib.
Rəssamlara dəstək məqsədilə reallaşan yarmarkaya bu gün yekun vurulub.