“Reuters”: ABŞ-da müsəlmanlara qarşı ayrı-seçkilik halları 70 faiz artıb
Bakı, 30 iyul, AZƏRTAC
Qəzza sektorunda davam edən qarşıdurma fonunda 2024-cü ilin birinci yarısında ABŞ-da müsəlmanlara, əsasən də fələstinlilərə qarşı ayrı-seçkilik və hücum halları 70 faiz artıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika-İslam Münasibətləri Şurasının (CAIR) bəyanatında deyilir.
Bildirilir ki, 2024-cü ilin son altı ayı ərzində CAIR müsəlmanlara və xüsusən də fələstinlilərə qarşı ayrı-seçkilik, həmçinin nifrət cinayətləri ilə bağlı 4,9 min hadisə qeydə alıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu cür hadisələrin sayı 70 faiz çoxalıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, ayrı-seçkiliklə bağlı ən çox şikayət təhsil, məşğulluq və sığınacaq sahələrindən alınıb. 2023-cü il ərzində isə təxminən 8 min belə şikayət, o cümlədən ilin son üç ayında - Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda CAIR-ə 3,6 min şikayət daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]