RF XİN təmsilçisi Ermənistana silah tədarükü haqqında
Moskva, 25 fevral, AZƏRTAC
“Rusiyanın həm Ermənistanı, həm də dost Azərbaycanı istənilən silahla təchiz etməsi regiondakı güc balansı ciddi şəkildə nəzərə alınmaqla həyata keçirilir”. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
M.Zaxarova deyib: “Rusiya silah təchizatı məsələsində öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət edir. O, ixrac nəzarəti üzrə milli sistemin sərt çərçivələrində hərəkət edir. Müvafiq qanunvericilik aktlarında təsbitlənmiş həmin çərçivələr son istifadəçi sertifikatının rəsmiləşdirilməsini nəzərdə tuturlar”.
Rusiya XİN nümayəndəsi bildirib ki, sözügedən fakta Azərbaycanda anlaşıqlı yanaşılacağına ümid edir.
Erməni jurnalistinin “Azərbaycan tərəfinin etiraz notası Rusiya və Ermənistanın daxili işlərinə qarışmaq deyilmi?” sualına M.Zaxarova belə cavab verib: “İstənilən dövlətin qonşu dövlətdə baş verənlərlə maraqlanmaq kimi qanuni hüququ var. Əlbəttə, hərbi-texniki əməkdaşlıq incə və həmsərhəd dövlət üçün həssas məsələdir. Məhz buna görə biz bu əməkdaşlığı şəffaf aparır və Azərbaycan tərəfinə bütün zəruri informasiyanı təqdim edirik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]