Rimas Kurtinaytis: Azərbaycan millisi Kosovoya qarşı möhtəşəm oynadı
Bakı, 26 fevral, AZƏRTAC
"Çox keyfiyyətli və maraqlı oyun oldu".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah" klubunun baş məşqçisi Rimas Kurtinaytis basketbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində evdə Kosovo yığmasına 87:77 hesabı ilə qalib gəldiyi matçdan sonra deyib.
Litvalı mütəxəssis bildirib ki, Azərbaycan millisinin qələbə qazanmasının əsas səbəbi oyuna yaxşı köklənməsi olub: "Basketbolçular sonadək eyni enerji ilə mübarizə apardılar. Əlbəttə, ilk görüşdə İsveçrə yığmasına məğlubiyyət bu matçın daha çətin olacağını göstərirdi. Amma Azərbaycan millisi çox yaxşı formadadır. Möhtəşəm oyun nümayiş etdirdilər. Qələbə münasibətilə oyunçuları, Azərbaycan xalqını təbrik edirəm".
64 yaşlı çalışdırıcı “Sərhədçi” İdman Mərkəzinə gələrək yığmanı dəstəkləyən azarkeşlərə təşəkkür edib: "Atmosfer inanılmaz idi. Son saniyəyə kimi hər kəs uca səslə milliyə dəstək oldu. Yenidən Azərbaycandakı basketbol oyunlarında salonları dolu görmək məni xoşbəxt etdi. Bu matçda hər şey möhtəşəm idi".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu İrlandiyaya qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]