Romen Qrojan Formula 1 yarışlarının mininci mərhələsinə xüsusi dəbilqə dizaynı hazırlayıb
Bakı, 8 aprel, AZƏRTAC
Formula 1-in “Haas” komandasının fransalı yürüşçüsü Romen Qrojan çempionatın 1000-ci mərhələsi olacaq qarşıdakı Çin Qran-Prisinə xüsusi dəbilqə dizaynı hazırlayıb.
AZƏRTAC xəbər verir ki, R.Qrojanın yeni dəbilqəsinin dizaynı məhz bu hadisəyə həsr edilib. Komandanın standart loqotipləri ilə yanaşı, onun üzərində Formula 1-in loqotipi, “1000” rəqəmi və Race1000 həştəqi yerləşdirilib.
Xatırladaq ki, Formula 1 çempionatı tarixində 1000-ci yürüş Çində təşkil ediləcək. Çin Qran-Prisi bu il aprelin 12-dən 14-dək Şanxayda keçiriləcək.
2019-cu ilin dünya çempionatının iki mərhələsindən sonra heç bir xal da toplamayan Romen Qrojan şəxsi hesabda ən son sıradadır. O, bir dəfə də olsun finişə çatmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]