Ronaldo Azərbaycan millisinə qarşı oynamasada Bakıya gələcəkdir
Bakı, 23 mart (AZƏRTAC). Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo Bakıya gələcəkdir.
AZƏRTAC xəbər verir ki, ulduz futbolçu cəzalı duruma düşdüyünə görə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oynaya bilməyəcəkdir. Bu səbəbdən onun heç ölkəmizə gətirilməməsi və İsraildən birbaşa Madridə yollanması gözlənilirdi. Amma buna baxmayaraq, K. Ronaldo komanda yoldaşlarına dəstək olmağa qərar vermişdir.
Qeyd edək ki, K. Ronaldo martın 22-də İsraillə səfər matçının 72-ci dəqiqəsində sarı vərəqə almışdır. Bu səbəbdən o, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan millisi ilə oyunu buraxmalı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [18:50]
“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər
- 08.05.2026 [18:27]
Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib
- 08.05.2026 [18:02]
Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib
- 08.05.2026 [17:40]
Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib
- 08.05.2026 [16:45]
Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub
- 08.05.2026 [16:40]