Rubio: ABŞ-ın Venesuela ilə bağlı üç mərhələli planı var
Vaşinqton, 7 yanvar, AZƏRTAC
“ABŞ-ın Venesuela ilə bağlı üç mərhələli planı var”.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlama verib. O, bildirib ki, bu plana stabilləşmə, bərpa və keçid mərhələləri daxildir.
“ABŞ qüvvələrinin Nikolas Maduronu ələ keçirməsindən sonra ölkədə sabitləşmə başlayacaq. Daha sonra ABŞ neft şirkətlərinin bərpa mərhələsində ölkəyə girişi təmin ediləcək və nəhayət, ABŞ keçidə nəzarət edəcək”,- deyə Rubio bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]
Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb
- 07.08.2026 [15:24]