Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir
Vaşinqton, 2 iyun, AZƏRTAC
TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Mark Rubio Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib.
O bildirib ki, o, əslində lövbərdən daha artıqdır və inqilabi xüsusiyyətə malikdir.
“Beləliklə, biz hazırda bu işdə çox fəal iştirak edirik. Biz, sözün əsl mənasında, müqaviləni imzaladıq və bu, bizə özəl sektorun, Amerika maraqlarının xeyrinə, eləcə də Ermənistan, Azərbaycan və digər regional ölkələrin xeyrinə Amerika şirkətlərinin investisiya qoymasına imkan verəcək və ümid edirik ki, bizi stimullaşdıracaq”,- deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [20:43]
Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır
- 02.06.2026 [19:35]
Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar
- 02.06.2026 [03:18]