Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rüfət Əzizov: ADNSU-da keyfiyyət təminatı sistemi bütün struktur bölmələrini əhatə etməlidir - MÜSAHİBƏ

Rüfət Əzizov: ADNSU-da keyfiyyət təminatı sistemi bütün struktur bölmələrini əhatə etməlidir - MÜSAHİBƏ

Bakı, 19 fevral, Gözəl Ağayeva, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycanın təhsil sistemində xüsusi yeri olan ali məktəblərdən biridir. ADNSU-nun yeni rektoru kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Rüfət Əzizov AZƏRTAC-a müsahibəsində universitetin elmi-tədris potensialından və aparılacaq islahatlardan danışıb. Müsahibəni təqdim edirik.

-Rüfət müəllim, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hansı islahatları aparmağı planlaşdırırsınız?

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkəmizin aparıcı ali məktəblərindən biridir və ona rəhbərlik etmək olduqca məsuliyyətli işdir. Çalışacağam ki, mənə göstərilən etimadı tam doğruldum.

Bilirsiniz, islahatların müəyyən məqsədi, hədəfləri olmalıdır. Ali təhsil sahəsində tədris, elmi fəaliyyət, elmin innovasiyaya çevrilməsi, beynəlmiləlləşmə kimi mühüm istiqamətlər var. Məqsədlərimizdən biri tədrisin inkişafıdır. Biz müəyyən etməliyik ki, iş dünyası və sənayenin tələblərinə uyğun kadr hazırlanmasına nə dərəcədə nail oluruq. Burada tələbəyə keçirilən dərslərin günün tələbinə uyğunluğu, dərs vəsaitlərinin bu tələbləri nə dərəcədə ödəməsi, işəgötürənlərin həmin məzmunun tərtib olunmasında nə dərəcədə iştirakı mühüm məsələlərdir ki, onları təhlil edəcəyik. Həmin təhlildən müəyyən tövsiyələr irəli gələ bilər. Ola bilər ki, məzmun yaxşı tərtib edilir, lakin tələbəyə düzgün çatdırılmır. Bu baxımdan tədris prosesində klassik yanaşmalarla yanaşı, layihə əsaslı yeni metodların, eləcə də tələbənin bilik-bacarıqlarının qiymətləndirilməsində yeni metodlardan istifadə ilə bağlı müəyyən islahatlar ola bilər.

-Bəs bu yenilənmə ADNSU müəllimlərinə çətinlik yaratmayacaq?

-Biz əmin olmalıyıq ki, müəllimlərin istər rəqəmsal bacarıqları, istər yeni vəsaitlərdən istifadə, istər xarici dil bacarıqları həmin o yeni məzmunun tətbiqinə imkan yaradır. Şübhə etmirəm ki, bizim professor-müəllim heyətinin böyük potensialı var. Lakin peşəkar inkişafla bağlı hansısa dəstəkləyici təlimlərə və proqramlara ehtiyac ola bilər. Ehtiyac olarsa, biz onu təmin edəcəyik. Əlavə olaraq, gənc kadrların da professor-müəllim heyətinə davamlı cəlb olunması bu məsələlərdə daha sürətlə inkişaf etməyimizə gətirib çıxaracaq.

-Elmin innovasiyaya çevrilməsi istiqamətində ADNSU-da vəziyyət necədir?

-ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilmə potensialı böyükdür. Burada fundamental tədqiqatlar aparılır və onların nəticələri var. Məqalələr dərc olunur, beynəlxalq elmmetrik bazalarda yerləşdirilir. Lakin elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması vacib məsələdir. Əgər bizim tədqiqatlar sənayenin tələbatına uyğun olarsa, daha çox eksperimental olarsa, o halda neft-qaz, neft-kimya şirkətlərini, müəssisələrini maraqlandıra bilər. Bu istiqamətdə ölkədə potensial çoxdur. Bir də belə hal olur ki, fundamental tədqiqatların özü yeni bir bazar yaradır. Burada iki yol var: ya innovasiyaya tələb var, ya da innovasiya özü tələb yaradır. Fikrimcə, tədqiqatçılarla yanaşı, bizə elmi-tədqiqat menecerləri də lazımdır. Onlar elmi-tədqiqatları biznes qurumları ilə əlaqələndirən körpü rolunu oynayacaqlar. Onlar yaxşı layihə hazırlayan, onu iqtisadi baxımdan əsaslandıran, bazarda rəqibləri görə bilən mütəxəssislərdir. Biz adətən elm və bazarın adını bir yerdə çəkəndə cəmiyyətdə düzgün qəbul olunmur. Fundamental tədqiqatlarla yanaşı, eksperimental tədqiqatlara da üstünlük verilə bilər. Bütün tədqiqat sualları magistratura, doktorantura proqramlarına uyğunlaşdırılarsa, daha faydalı bir iş görmüş olarıq. Əlbəttə ki, bizim beynəlxalq əməkdaşlığa ehtiyacımız olacaq. Xarici universitetlər ilə professor-müəllim, tələbə mübadiləsi ola bilər. Bu, çox vacibdir. Yəni, xaricdən gələn müəllim bu mühiti yeniləyə bilər, eləcə də əcnəbi tələbələrin burada təhsil tələbatının ödənilməsi mühiti yeniləyir.

-Dəyişikliklər yəqin idarəetməni də əhatə edəcək?

-Bəli. Xüsusilə funksional şöbələrlə bağlı məsuliyyətlər, onların iş həcmi daha yaxşı müəyyən olunmalıdır. Keyfiyyət təminatı bütün struktur bölmələrə inteqrasiya edilməlidir. Əməkdaşın fəaliyyətinin keyfiyyət göstəriciləri olmalıdır. Bəzən deyirlər ki, çox yaxşı müəllimdir. Sual yaranır: necə müəyyən etdiniz? Bunu keyfiyyət təminatı bizə deməlidir. Gəlin baxaq görək, tələbələr həmin müəllimin dərs keçməsini necə qiymətləndirir? Bunun üçün də universitetdə çox yaxşı ölçülə bilən meyarlara əsaslanan keyfiyyət təminatı sistemi qurulmalıdır. Biz həm tədrisi, həm elmi-innovativ fəaliyyəti ölçə bilməliyik. Qərarlarımız emosiyalar və şəxsi mülahizələr əsasında olmamalıdır. Hər şeyi rəqəmlər, standartlar, keyfiyyət sistemi özü deyə bilməlidir. Bu mənada, idarəetmədə müəyyən təkmilləşmələrə ehtiyac olacaq.

-İslahatlardan gözləntilər nə qədər vaxta reallaşa bilər?

-Çox istərdik ki, universitetimiz bütün hədəflərə tez bir zamanda çatsın. Amma bu sürət əlimizdə olan resurslardan, potensialdan asılı olacaq. Burada həm maddi-texniki baza, həm maliyyə, həm professor-müəllim heyətinin bu dəyişikliyə uyğunlaşması amilləri var. Nə dərəcədə sürətli gedəcəyimizi indi demək çətindir.

-ADNSU ölkəmizdə üç universitetdən biridir ki, nüfuzlu QS, THE beynəlxalq reytinqlərində yer alır və ildən-ilə irəliləyir. Bu istiqamətdə yaxın perspektiv üçün hədəfləriniz nədir?

- Beynəlxalq reytinqlər bizim üçün əsas məqsəd deyil. Beynəlxalq reytinqlər çox yaxşı alətdir ki, biz ona baxaraq hansı yerdə olduğumuzu görürük. Məsələn, biz görürük ki, elmlə bağlı göstəricilərdə yaxşılaşmağa ehtiyac var, beynəlmiləlləşməyə ehtiyac var, hansısa meyarda yaxşıyıq. Əlbəttə ki, reytinqlərdə iştirak müəyyən cəsarət tələb edir. ADNSU-nun reytinqlərdə yüksək sürətlə irəliləməsi onun böyük potensialından xəbər verir. Biz öz işlərimizi düzgün qura bilsək, qısa müddətdə daha sürətlə gedə bilərik. Elmi-tədqiqat universiteti olmaq istiqamətində işlər nə qədər güclənərsə, o meyarlara ciddi təsir göstərəcək. Universitet beynəlxalq aləmdə tanındıqca onun akademik reputasiyası yüksələcək və buna müvafiq aldığı ballar da çoxalacaq. İşəgötürənlərlə də nə qədər çox işləsək, o sahədə reytinq balımız artacaq. Bu, avtomatik olaraq universitetin reytinqlərdə inkişafına gətirib çıxaracaq.

-ADNSU tələbə qəbulunda hər il rekord yeniləyən ali məktəblərdən biridir. Növbəti tədris ili üçün ADNSU-ya qəbul planının artması, yeni ixtisasların açılması nəzərdə tutulurmu?

- Ümumiyyətlə, dövlətimizin təhsil strategiyasında ali təhsilin əlçatan olması prioritet istiqamətlərdən biridir. Hər il qəbul planında dövlət sifarişli yerlərin sayı artırılır. ADNSU kifayət qədər böyüyüb, tələbələrimizin sayı çoxdur. Məncə, biz qəbul planının artırılmasına ehtiyatla yanaşmalıyıq və bir tələbəyə xərclədiyimiz maliyyə haqqında yenidən düşünməliyik. Maliyyə birbaşa keyfiyyət deməkdir. Bu gün bir tələbəyə təqribən 2500-2700 manat maliyyə ayrılır, lakin bu iki dəfə çox olarsa, biz daha yaxşı mühəndis yetişdirə bilərik. Bunun həm laboratoriya tərəfi, həm müəllimin əməkhaqqı tərəfi var və sair. Gərək biz maliyyəni elə səmərələşdirək ki, tələbə sayının artımını deyil, keyfiyyətin artırılmasını təşviq etsin. Yəni, davamlı böyüməklə keyfiyyətin təmin olunması uzlaşmalıdır. Bəzən deyirlər ki, filan universitetdə yerlər 100 faiz doldu. Bu, nailiyyətdirmi? Məncə yox. Onsuz da dövlət şərait yaradır ki, vətəndaşları daha çox ali təhsil alsın. Yəni, qəbulun artırılması, daha çox tələbənin universitetə gəlməsi ali məktəbin deyil, dövlətin nailiyyətidir ki, vətəndaşının təhsil alması üçün universitetə vəsait ödəyir. Universitetin nailiyyəti daha çox keyfiyyətlə bağlı olmalıdır.

-ADNSU vaxtilə əcnəbi tələbələrinin sayı ilə öndə gedirdi. Əcnəbi tələbələrin cəlb edilməsi üçün hansı işlər nəzərdə tutulur?

- Bu məsələdə biz nəzərə almalıyıq ki, dünyada həm universitetlərin sayı artır, həm də əcnəbi tələbələrin cəlb edilməsi uğrunda ciddi rəqabət mövcuddur. Əlbəttə ki, ADNSU-nun potensialı böyükdür, tədrisi ingilis dilində aparılan çoxlu ixtisaslarımız var. Keyfiyyəti saxlamaqla onların sayı artırıla bilər. Tələbələri hansı ölkələrdən cəlb edəcəyimizi, onlar üçün hansı ixtisasların tədrisinə ehtiyac olduğunu müəyyən etməliyik. Əcnəbi tələbələr üçün təkcə təhsil deyil, müəyyən tələbə mühitinin yaradılması da vacibdir. Yataqxanalar təmir olunmalı, müəyyən standartlara uyğun gəlməlidir. Çünki tələbəlik təkcə oxumaqdan ibarət deyil, mədəni mühit də vacibdir. Biz mühitə görə daha rəqabətli ola bilərik. Mən demirəm ki, elmə görə biz tezliklə rəqabətli olacağıq. Amma tədrisə, mühitə, mədəniyyətimizə görə, eyni zamanda, öz professor-müəllim heyətinin potensialına görə rəqabətli ola bilərik. İlkin mərhələdə əcnəbi tələbələr üçün təqaüdlər ayırmaq, onlardan ən yaxşı göstəricisi olanlara ödənişsiz təhsil imkanı yaratmaq olar. Beləliklə, həmin tələbələrdə yaxşı təəssürat formalaşacaq və başqaları ilə paylaşılacaq.

-Dövlətimiz yaşıl enerjiyə keçidi özünün əsas prioritetlərindən biri elan edib. ADNSU bu sahə üçün kadrların hazırlanması işinə nə kimi töhfə verir?

-ADNSU-da yaşıl enerji ilə bağlı ayrı-ayrı ixtisaslar var. Böyük Britaniyanın Vorvik universiteti ilə magistratura səviyyəsində ikili diplom proqramımız da var. Lakin biz dayanıqlı inkişaf, iqlim dəyişikliyi, yaşıl enerji ilə əlaqəli sahələri bir ixtisas kimi nəzərdə tutmamalıyıq. Bu, düşüncə tərzidir, təfəkkürdür və bütün ixtisaslara inteqrasiya edilməlidir. Əmin olmalıyıq ki, bizim yetişdirdiyimiz mühəndis hansısa şirkətin rəhbəri olanda onun verdiyi qərarlar təkcə maliyyə göstəricilərinə görə deyil, eyni zamanda, onun təfəkküründə olan yaşıl enerji ilə bağlı bilik və bacarıqlarına əsaslanacaq. ADNSU-da oxuyan tələbə dörd il ərzində burada yaşıl enerjidən istifadəni əyani görməlidir. Bu sudan, enerjidən istifadə, nəqliyyat məsələlərində, tullantıların idarə olunmasında özünü göstərə bilər. Bu halda təsir daha çox olar, nəinki yaşıl enerjini bir ixtisas kimi tədris edəndə.

- Məzunların əmək bazarında rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün hansı addımları atmağı planlaşdırırsınız?

-ADNSU-ya tələbələr yüksək balla qəbul olunurlar. Ümumiyyətlə, son 25-30 ildə kadr potensialımız neft-qaz sənayesindədir. Bu gün də ölkəmiz fəxr edə bilər ki, neft-qaz, kimya mühəndisləri istiqamətində dünyada rəqabətqabiliyyətliyik. Bu gün azərbaycanlı gənc mühəndislər Küveytdə, Qətərdə, İngiltərədə böyük meqalayihələri idarə edirlər. Təbii ki, yaxşı kadrlar da ora gedib. Davamlı kadr hazırlığını həyata keçirmək üçün, dediyim kimi, sənaye ilə əməkdaşlıq vacibdir. Bunun üçün əlimizdə institusional alət olmalıdır. Hazırda sənaye tələbələrin təcrübə keçməsinə şəraiti könüllü yaradır. Onlarda institusional öhdəlik yoxdur, istəsələr edərlər, istəməsələr yox. Amma ADNSU-da tədrisin məzmununun, proqramların yenilənməsi, işəgötürənlərin bu prosesdə iştirakı nəticəsində bizim institusional nailiyyətlərimiz ola bilər. Tələbə müəssisəyə ekskursiya kimi getməməlidir. Onun əlində dəqiq metodik vəsait olmalıdır. Məsələn, laboratoriya işlərinin bir qismini biz sənayeyə keçirə bilərik. İstehsal xəttinin texniki parametrlərindən tutmuş proseslərin idarəolunması, keyfiyyətə nəzarət sistemi, təmir işlərinin planlaşdırılması, elektrik sistemi, su, qaz sistemləri, körpülü kranlar, nəqliyyat və s. – bütün bunların hamısını öyrənməlidir. Biz ona uyğun metodik vəsaitlər tərtib etməliyik. Bunun üçün biz seçmə dərslər edə bilərik ki, bu, fənn əsaslı deyil, mövzu əsaslıdır. Seçmə dərs zamanı tələbə bir dəfə kabel istehsalı zavodunu öyrənə bilər, növbəti dərs neft-qaz terminalında çirklənmiş suyun emal edilməsi prosesini öyrənə bilər və sair. Bir seçməli dərs bir istehsal müəssisəsi deməkdir. Amma onu etmək asan deyil. Müəllim də praktik seçmə dərsi tədris etməyi öyrənməlidir. Əlbəttə, dəyişiklik çox çətinliklə qəbul olunur. Lakin biz nəzərə almalıyıq ki, kadr hazırlayırıq. Bizim fəaliyyətimiz müəllimin dərs saatlarının davam etməsinə deyil, yaxşı kadr hazırlanmasına hesablanmalıdır. Bunun ətrafında hər hansı səmərəsiz bir proses varsa, biz onu düzəltməliyik. ADNSU komandası ilə birgə bu işlərin öhdəsindən gəlməyə çalışacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər