Rus dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar və hazırlıq kursu keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Dövlət İmtahan Mərkəzində (DİM) rus dili fənni üzrə hazırlıq kursunun ilk dərsi və elmi-metodiki seminar keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kursunda moderator Viktoriya Ələkbərova fənn kurikulumunun məzmunu, mahiyyəti və strukturuna aid təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Seminarda gündəlik məsələ isə 5-ci sinif “Literatura” dərsliyinin müzakirəsi olub. Müzakirədə Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.
Dərsliyin məzmunu haqqında Bakı şəhəri 102 nömrəli tam orta məktəbin müəllimi Tatyana İşanova çıxış edib.
Seminarda Bakı şəhəri, 72 nömrəli məktəb-liseyin müəllimi Natalya Drepina, 63 nömrəli tam orta məktəbin müəllimi Svetlana Denegina, Bakı Avropa liseyinin müəllimi Tatyana Biriç və başqaları dərsliyin məzmunu, dil və yazı üslubu, faktların elmiliyi haqqında qeyd və təkliflərini bildiriblər.
Müzakirə nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyə hazırlanması, tövsiyənin test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul olunub.
Növbəti seminarda 6-cı sinif “Literatura” dərsliyinin müzakirəsi aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]