İDMAN
“Rusiya-2018”: İsveçrə millisinin ilkin heyəti açıqlanıb
Bakı, 26 may, AZƏRTAC
Futbol üzrə İsveçrə millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Vladimir Petkoviç 26 futbolçuya dəvət göndərib.
İlkin heyətdə qapıçılar Roman Bürki (“Borussiya Dortmund”, Almaniya), Qreqor Kobel (“Xoffenxaym”, Almaniya), İvon-Landri Mvoqo (“Leypsiq”, Almaniya), Yan Zommer (“Borussiya Münxenladbax”, Almaniya) yer alıblar. Müdafiəçilərdən Manuel Akandci (“Borussiya Dortmund”, Almaniya), Yoan Djuru (“Antalyaspor”, Türkiyə), Niko Elvedi (“Borussiya Münxenladbax”, Almaniya), Mixayel Lanq (“Bazel”, İsveçrə), Stefan Lixtştayner (“Yuventus, İtaliya), Fransua Mübadce (“Tuluza”, Fransa), Rikardo Rodriqez (“Milan”, İtaliya), Fabian Şer (“Deportivo”, İspaniya), Silvan Vidmer (“Udineze”, İtaliya) heyətə daxil ediliblər. Baş məşqçi yarımmüdafiə xəttində əsas heyət üçün Valon Behrami (“Udineze”, İtaliya), Blerim Cemaili (“Bolonya”, İtaliya), Edmilson Fernandeş (“Vest Xem”, İngiltərə), Jelson Fernandeş (“Ayntraxt”, Almaniya), Remo Froyler (“Atalanta”, İtaliya) , Djerdan Şakiri (“Stok Siti”, İngiltərə), Qranit Jaka (“Arsenal”, İngiltərə), Stiven Cuber (“Xoffenxaym”, Almaniya), Denis Zakariya (“Borussiya Münxenladbax”, Almaniya) arasında seçim edəcək. Hücumçulardan isə ilkin heyətdə Yosip Drmiç (“Borussiya Münxenladbax”, Almaniya), Brel Embolo (“Şalke”, Almaniya), Mariyo Qavranoviç (“Dinamo Zaqreb”, Xorvatiya), Xaris Seferoviç (“Benfica”, Portuqaliya) yer alıblar.
Qeyd edək ki, İsveçrə yığması Rusiyada keçiriləcək dünya çempionatında Braziliya, Serbiya və Kosta-Rika ilə eyni qrupda mübarizə aparacaq.