Rusiya avtomobillərinin Estoniyaya girişinə qadağa qoyulub
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-dən başlayaraq Estoniya Rusiya Federasiyasının dövlət nömrə nişanlı avtomobillərinin ölkəyə girişinə qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Avropa Komissiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əlavə aydınlıq gətirilməsi barədə sentyabrın 8-də dərc etdiyi direktiv çərçivəsində qəbul olunub. “Sənədə əsasən, Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin artıq Avropa İttifaqı ərazisinə buraxılmasına icazə verilmir", - deyə Estoniyanın daxili işlər naziri Lauri Lyanemets jurnalistlərə bildirib.
Məhdudiyyət bir gün əvvəl Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edən Latviya və Litva ilə razılaşdırılıb.
Rusiya qeydiyyat nişanlı avtomobillər Estoniyanı xarici sərhəddən, yaxud daxili Aİ sərhədlərini keçməklə tərk edə bilər. Amma həmin nəqliyyat vasitələri sərhəd-keçid məntəqəsinə daxil olarkən vergi və gömrük departamenti tərəfindən müvafiq prosedurlar həyata keçiriləcək. İstifadəçi, yaxud sahibi avtomobili ilə Rusiyaya qayıtmalı, ya da sərhədi avtomobilsiz keçməli olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]