RUSİYA FEDERASİYASI: ÇİN KİMYƏVİ MADDƏLƏRİN SIZMASI İLƏ BAĞLI İNFORMASİYANI AÇIQLAMALIDIR
Çin tərəfi Amurun qolu olan Sunqari çayında qeydə alınmış ekoloji qəzanın Rusiyanın su obyektlərinə mümkün mənfi təsiri barədə Rusiya tərəfinə məlumat verməməklə Rusiya ilə beynəlxalq razılaşmaları pozmuşdur. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə iyunun 6-da Soçidə Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnyov bildirmişdir.
O demişdir ki, RF-nin Çinə ünvanladığı rəsmi etirazda Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi ilə Çinin Ekologiya Komitəsi arasında mövcud sazişi pozaraq bu barədə məlumat verməməsi ilə əlaqədar Çin tərəfinin mövqeyindən narazılıq ifadə olunur.
İyunun 6-da “Sinxua” agentliyi xəbər vermişdir ki, Xarbin şəhərindən 280 kilometr şimal-şərqdə yerləşən Sitsikar şəhəri yaxınlığında zəhərli kimyəvi maddə sızması nəticəsində 3 nəfər həlak olmuşdur. Hadisə barədə əlavə məlumat verilmir.
Qəza Rusiya sərhədinin 500 kilometrliyində baş vermişdir.
Rusiya tərəfinin ciddi narahatlığının səbəbi başa düşüləndir. Belə ki, 2005-ci ildə Çinin kimya zavodunda baş vermiş qəza nəticəsində tərkibində fenol olan zəhərli maddə Amurun sağ qolu olan Sunqari çayına tökülmüşdü. Bir neçə həftə ərzində təhlükəli ləkə Rusiya şəhərlərindən, o cümlədən Xabarovskdan keçmişdir. Yalnız təcili tədbirlər sayəsində insanların zəhərlənməsinin qarşını almaq mümkün olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]