Rusiya Gürcüstana sərnişin təyyarələrinin uçuşunu qadağan edib
Moskva, 21 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sərnişin təyyarələrinin uçuşunu müvəqqəti qadağan edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana sərnişin təyyarələrinin uçuşunun müvəqqəti qadağan edilməsi barədə Fərman imzalayıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiyadan Gürcüstana kommersiya uçuşları da ləğv edilir. Bundan əlavə, turizm operatorlarına və turizm agentlərinə vətəndaşlara Gürcüstana turizm putyovkaları satmamaq tövsiyə olunur.
Rusiya Prezidenti hökumətə Gürcüstanda olan rusiyalıların geri qayıtmasını təmin etməyi tapşırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:11]
Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq
- 25.08.2026 [17:04]
Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb
- 25.08.2026 [15:20]
Almaniya daha 23 əfqan miqrantı deportasiya edib
- 25.08.2026 [15:13]
Fransa kiberhücumlar qarşısında zəifliyini etiraf edir
- 25.08.2026 [15:11]
Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb
- 25.08.2026 [13:59]
Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir
- 25.08.2026 [13:14]