Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi “Rusiya şəhərləri” layihəsini təqdim edir
Bakı, 18 noyabr (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin “Rusiya şəhərləri” layihəsinin ilk tədbiri keçiriləcəkdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Rus icması və Azərbaycanın Rusdilli Məktəb Müəllimləri Assosiasiyasının birgə həyata keçirdiyi layihənin məqsədi məktəblilərdə və gənclərdə Rusiya mədəniyyətinə, tarixinə, adət-ənənələrinə, arxitekturasına, müasir nailiyyətlərinə marağı artırmaq, onları Azərbaycan ilə Rusiyanın regionları arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın istiqamətləri ilə tanış etməkdir.
Azərbaycan məktəbliləri və tələbələri Rusiyanın 40 şəhəri ilə, bu şəhərlərin tarixi, mədəniyyəti və ənənələri ilə qiyabi tanış olmaq imkanı əldə edəcəklər.
İlk tədbirdə Azərbaycanın müxtəlif regionlarından 25 məktəbin müəllim və şagirdləri iştirak edəcəklər. Rusiyanın müəyyən şəhərinin üslubunda məktəblilərin hazırladıqları əl işlərindən ibarət “Rusiyanın xalq sənətləri” ekspozisiyası təşkil olunacaqdır, gənc rəssamların sənətini xüsusi münsiflər heyəti qiymətləndirəcəkdir.
Tədbir gənc artistlərin hazırladıqları konsert proqramı ilə başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]