Rusiya Qazaxıstanda AES tikilməsini təklif edib
Nur-Sultan, 4 aprel, AZƏRTAC
Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev ölkədə atom elektrik stansiyasının tikilməsinin təklif edildiyini deyib.
AZƏRTAC xəbər verir ki, AES-in tikintisi üzrə qərarın hələ ki, qəbul edilmədiyini bildirən nazir müavini yalnız stansiyanın inşa ediləcəyi yerin müəyyən olunduğunu və müvafiq texnologiyanın seçiləcəyini, müzakirələrin aparıldığını bildirib.
O qeyd edib ki, AES-in tikintisi məsələsi əlavə araşdırma tələb edir: “Biz bu məsələni öyrənməyə davam etdirəcəyik. Lakin AES tikintisi ilə bağlı konkret qərar qəbul edilməyib. Qərar qəbul edilərsə Almatı vilayətində Ulken qəsəbəsi nəzərdə tutulur”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezindenti Kasım-Jomart Tokayevlə görüşü zamanı Moskva və Nur-Sultan şəhərləri arasında enerji sahəsində əməkdaşlığı genişləndirməyi və Qazaxıstanda Rusiya texnologiyaları əsasında AES-in tikiməsini təklif edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]