Rusiya XİN diplomatlarla bağlı insidentə görə Moldova səfirinə etirazını bildirib
Moskva, 21 iyul, AZƏRTAC
Moldovanın Rusiyadakı səfiri Lilian Dariy RF Xarici İşlər Nazirliyinə çağırılıb. Kişineuda Rusiya səfirliyinin əməkdaşları və nəqliyyat vasitələri ilə bağlı insidentlə əlaqədar ona sərt etiraz bildirilib.
AZƏRTAC xəbər verir ki, Moskva Moldova tərəfinin hərəkətlərini 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması hesab edib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 19-da Moldova polisi Kişineuda Rusiya səfirliyinin avtobusunu saxlayıb və onun diplomatik nömrə nişanlarını çıxarıb. Nazirlik bildirib ki, səfirlik əməkdaşlarına qarşı güc tətbiq olunub və onlar həbslə təhdid ediliblər.
İyulun 20-dən 21-nə keçən gecə “Leuşenı” sərhəd-keçid məntəqəsində daha bir hadisə baş verib. Rusiyaya rəsmi yük çatdırmaq üçün Moldovadan yola düşən RF səfirliyinin əməkdaşları sərhəddə səbəbsiz olaraq dörd saatdan çox saxlanılıblar.
Rusiya tərəfi əks tədbirlər görmək hüququnu özündə saxladığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]