Rusiyada bir gündə koronavirusdan rekord sayda insan həyatını itirib
Moskva, 17 noyabr, AZƏRTAC
Rusiyada artıq dörd gündür ki, koronavirusa gündəlik yoluxma 22 min nəfəri ötür. Ötən gün ölkədə 22 410 nəfərdə COVID-19 xəstəsi aşkar edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyada koronavirus xəstələrinin ümumi sayı 1 971 013 nəfərə çatıb.
Bir gündə 22 055 nəfər sağalıb, 442 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 475 904 xəstə sağalıb, 33 931 nəfər ölüb.
Ən çox yoluxma halı (5882) Moskvada qeydə alınıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada dördüncü yerdədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]