Rusiyada dünən 4774 nəfər koronavirus infeksiyasına yoluxub
Moskva, 23 aprel, AZƏRTAC
Aprelin 22-də Rusiyanın 81 regionunda daha 4774 COVID-19 xəstəliyinə yoluxma halı aşkar edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyada koronavirusa yoluxanların sayı 4774 nəfər artaraq, 62 min 773 nəfərə çatıb. Artıq iki gündür ki, ölkədə yoluxma halları azalmağa doğru gedir. Belə ki, aprelin 21-də 5642 nəfər, 22-də 5236 nəfərin yoluxduğu barədə məlumat verilmişdi.
Gün ərzində 42, bütün dövr ərzində isə 555 xəstə vəfat edib. İndiyədək 4891 nəfər bu xəstəlikdən sağalıb.
Ötən gün yoluxanların 1959 nəfəri Moskva sakinidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]