RUSİYADA İKİ TƏYYARƏ QƏZAYA UĞRAMIŞDIR
Moskva-Soçi reysini yerinə yetirən Tu-154 təyyarəsi təxminən həmin vaxtda Rostov yaxınlığında radarların ekranından yoxa çıxmışdır. İnterfaks agentliyinin yaydığı xəbərə görə, bundan əvvəl təyyarədə onun ələ keçirildiyi barədə siqnalvermə sistemi işə düşmüşdür.
Yoxa çıxmış təyyarənin qırıqları hələlik tapılmayıb. Xilasedicilər onun düşdüyü güman edilən sahədə yanğın baş verdiyini müəyyən ediblər. Hava yağmurlu olduğundan axtarış aparmaq çətindir. Bu reysi yerinə yetirən “Sibir” aviaşirkəti bildirmişdir ki, təyyarədə 46 adam, o cümlədən 8 heyət üzvü vardı.
Rusiya Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər Moskvadan Volqoqrada uçan təyyarənin Tula vilayətindəki Kimov rayonu yaxınlığında parçalarını tapmışlar.
İTAR-TASS agentliyinin xəbərində deyilir ki, təyyarələrdən birinin qəzaya uğraması və digərinin yoxa çıxması arasındakı vaxt fərqi bir-iki dəqiqədir. Agentliyin istinad etdiyi mənbənin fikrincə, bu hadisələrin terror aktları nəticəsində baş verdiyi istisna olunmur.
İnterfaks Tula hakimiyyət orqanlarına istinadla bildirir ki, orada baş verən aviasiya qəzasının şahidləri təyyarə yerə düşməzdən əvvəl onun partladığını görmüşlər.
Rusiyanın bütün hava limanlarında əlavə təhlükəsizlik tədbirləri görülür.