Rusiyada yaşayan azərbaycanlılarla videokonfrans formatında müzakirələr aparılıb
Bakı, 24 iyul, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Komitə sədri və Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının, diaspor fəallarının, Moskvadakı diplomatik korpusun nümayəndəsinin iştirakı ilə videokonfrans keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda dünya azərbaycanlılarının Azərbaycan torpaqlarının azad olunması, erməni təxribatlarına son qoyulması məqsədilə bütün dünyada birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan etməsi, aksiyalar keçirməsi, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə müraciətlər etmələri barədə geniş fikir mübadiləsi aparılıb.
Mövcud vəziyyətdə Rusiyada baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı vəhşi hərəkətləri təhlil olunub, diaspor üzvlərinin hadisə ilə bağlı münasibətləri öyrənilib və ətraflı müzakirə aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]