RUSİYADAN GÜRCÜSTANA QAZ NƏQLİ BƏRPA EDİLMİŞDİR
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xahişinə əsasən ölkənin çətin vəziyyətində onlara kömək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təcili tədbirlər həyata keçirilmiş və partlayışlardan dərhal sonra, ölkəmizin 2006-cı il üçün təsdiqlənmiş yanacaq-enerji balansında ekstremal vəziyyətlər üçün nəzərdə tutulmuş daxili ehtiyatlar hesabına Gürcüstana təbii qazın nəqlinə başlanmışdır. “Azərnəql” İstehsalat Birliyi ilə “Gürcüstan qaznəql şirkəti” MMC arasında Azərbaycan qazının Gürcüstana nəqli haqqında imzalanmış müqaviləyə əsasən, 15 gün ərzində respublikamızın ərazisindən, İrandan alınan mavi yanacaq da nəzərə alınmaqla, qonşu ölkəyə 30 milyon kubmetr qaz verilmişdir. Verilən qaz əsasən, Tbilisi şəhərinin tələbatının qismən ödənilməsinə və Qardabani qaz-kompressor stansiyasının fasiləsiz fəaliyyətinə yönəldilmişdir.
Rusiyanın bəzi KİV-də belə bir məlumat yayılmışdı ki, guya Rusiya Azərbaycandan Gürcüstana qaz nəql edir. Lakin əslində belə olmamış, Gürcüstana nəql olunan qaz yalnız Azərbaycanın daxili imkanlarının hesabına verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]
Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb
- 12.10.2026 [17:03]