RUSİYANIN “VNEŞTORQBANK”I AZƏRBAYCANDAKI “AFBANK”IN İDARƏÇİLİK HÜQUQUNU QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Vneştorqbank” (VTB) bankı Azərbaycandakı “AFBank” kommersiya bankının səhmlərinin 51 faizini alaraq idarə paketinə sahib olmuşdur. Qalan 49 faiz səhmlər isə “AFBank”ın əvvəlki səhmdarlarının ixtiyarındadır.
Bank bundan sonra “VTB-Azərbaycan” adlandırılacaqdır. Hazırda hüquqi sənədləşdirmə aparılır. Bütün əməliyyatlar tamamlandıqdan sonra bankın ofisi yeni binaya köçürüləcəkdir.