RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ BAKIYA GƏLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərinin hazırlanması çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın 2-də Bakıya rəsmi səfəri olacaqdır. Bunu o, yanvarın 19-da Moskvada keçirdiyi mətbuat konfransında bildirmişdir.
S.Lavrov demişdir ki, onun Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın ikinci yarısında Rusiya paytaxtına səfərinin hazırlanması məsələləri müzakirə olunacaqdır. Nazirin sözlərinə görə, onun Bakıya səfəri zamanı ikitərəfli əməkdaşlıq və MDB-də islahatlar aparılması məsələləri də müzakirə ediləcəkdir.
Rusiya xarici siyasət idarəsinin başçısı vurğulamışdır ki, Azərbaycan tərəfi ilə danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunulacaqdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya bu problemin dincliklə həlli istiqamətində işləyir. Rusiya naziri demişdir: “Azərbaycan və Ermənistan prezidentlərinin Astanada görüşündən və onların orada Prezident Vladimir Putinlə görüşündən ötən son aylar ərzində müsbət irəliləyiş nəzərə çarpır. Mən bunu ehtiyatlı nikbinliklə deyirəm”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]