RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ BAKIYA GƏLMƏK NİYYƏTİNDƏDİR
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərinin hazırlanması ilə bağlı məsələlərin müzakirəsi üçün fevralın 2-də Bakıya gəlmək niyyətindədir. AZƏRTAC “RİA-Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu RF XİN-in başçısı yanvarın 19-da Moskvada mətbuat konfransında açıqlamışdır.
Nazir demişdir ki, Azərbaycan rəhbərinin fevralın ikinci yarısında Rusiyaya səfərinin hazırlanmasına böyük diqqət yetiriləcəkdir. O bildirmişdir ki, Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlıq və MDB-də islahatlar aparılması məsələləri də müzakirə olunacaqdır.
S.Lavrov qarşıdakı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunulacağını istisna etmir. O vurğulamışdır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Astana görüşündən və onların RF Prezidenti Vladimir Putinlə görüşündən sonra müsbət irəliləyişlər nəzərə çarpır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]