Rusiyanın Xəzər donanmasının gəmiləri Bakıya gələcək
Rusiya Federasiyası Bakıdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu səfərin məqsədi 2014-cü il üçün Beynəlxalq Hərbi Əməkdaşlıq Planına müvafiq olaraq Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdir.
Səfərin proqramında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşlər və Rusiya gəmilərinin şəxsi heyətini Azərbaycan paytaxtının görməli yerləri ilə tanış etmək nəzərdə tutulur.
Gəmilər oktyabrın 16-da Bakı Dəniz Vağzalının körpüsünə yan alacaqlar.
Arzu edənlər oktyabrın 16-da saat 17-dən 18-dək, oktyabrın 17-də saat 11-dən 13-ə və saat 17-dən 18-dək, oktyabrın 18-də saat 11-dən 12-dək bu gəmilərlə tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]