İDMAN
RUSLAN XAİROV OLİMPİADADA MÜBARİZƏNİ DAYANDIRDI
69 kiloqram çəki dərəcəsində çıxış edən idmançımızın rəqibi Kuba boksçusu, ikiqat dünya çempionu Lorenso Araqon Armenteros idi.
Çox gərgin keçən döyüşün ilk iki raundu 4:2 və 6:3 hesabı ilə Kuba idmançısının xeyrinə başa çatdı. Üçüncü raund isə heç-heçə (4:4) nəticələndi. Həlledici – dördüncü raund Ruslan Xairovun üstünlüyü ilə keçsə də, yekun nəticəyə görə Kuba boksçusu cəmi iki xal fərqlə - 16:14 hesabı ilə qalib gəldi.
Beləliklə, dördüncü boksçumuz da Olimpiadada mübarizəni dayandırdı.