İDMAN
Rüstəm Qasımov 17 yaşadək ağır atletlər arasında Azərbaycan çempionu olub
Bakı, 26 may, AZƏRTAC
Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, körpücük üzərinə ən son 17 yaşadək oğlanların yarışında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar.
Bu çəki dərəcəsində toplam 250 kiloqram (110+140) nəticə ilə Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Gümüş medalı 206 kiloqram (89+117) nəticə ilə İsa Həsənli, bürünc medalı isə 205 kiloqram (90+115) nəticə ilə Novruz Muxtarlı əldə ediblər.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet gücünü sınayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]